Entomoloji mikropreparatların hazırlanma texnikası

Entomoloji mikropreparatların hazırlanma texnikası[redaktə | mənbəni redaktə et]

Böyük ixtisas təcrübə məşğələlərində çox vaxt müxtəlif entomoloji obyektlərin mikropreparatlarından istifadə olunur. Tədris prosesində hər hansı bir həşərat növünün morfoloji və anatomik quruluş xüsusiyyətləri tədqiq olunan zaman tələbənin preparat hazırlama texnikası ilə tanışlığı və özünün həmin prosesə yiyələnməsi vacibdir. Adətən entomoloji obyektin xarakterindən asılı olaraq, müvəqqəti və ehtiyat üçün (daimi) mikropreparatlar hazırlanır. Müvəqqəti preparatlar bir qayda olaraq, məşğələlərdə istifadə olunmaq üçün hazırlanır. Məsələn, çox kiçik ölçülərə malik olan həşərat növündən və ya onun pəncəsi və s. orqanından bir damla suda əşya şüşəsi üzərində hazırlanıb mikroskop altında baxılır. Ehtiyat (daimi) mikropreparatların hazırlanması daha mürəkkəbdir. Adətən kafedralarda bu preparatlardan çoxlu sayda istifadə olunur. Lakin magistr tələbənin mikropreparatların hazırlanması texnikasına yiyələnməsi üçün onun bu işə cəlb olunması vacibdir. Daimi mikropreparatların hazırlanmasında çox vaxt mikrotom kəsiklərindən istifadə olunur. Mikrotom, fiksə olunmuş və ya fiksə olunmamış bioloji toxumalardan 1 – 50 mikron qalınlıqda kəsiklərin hazırlanması cihazıdır. Bu cihazın metalik bıçaqları olur və həmin bıçaqlara materialın ötürülmə xüsusiyyətinə görə fərqlənən müxtəlif mikrotomlar mövcuddur. Bıçaqları şüşə və ya almaz mənşəli olan mikrotomlar da vardır (krioultramikrotomlar). Obyekti qısa müddət ərzində tədqiq etmək tələb olunduqda, dondurucu mikrotomlardan istifadə olunur ki, onun dondurucu masası olur. Həmin masanın üzərində entomoloji obyekt bərkidilir. Mikrotomun əsas hissələri bunlardır: massiv, stanina adlanan korpus, obyekti ötürən mikrometrik vintli mexanizm, obyekti saxlayan (masa) və mikroton bıçağını saxlayan elementlər. San mikrotomlarında staninanın yuxarı hissəsində cilalayıcı müstəvilər yerləşir ki, onların üzərindən massiv, hərəkətli “support” sürüşür. Supporta bıçağın dəstəyi birləşir ki, bu mexanizm bıçağın müxtəlif istiqamətlərdə hərəkət etməsinə imkan verir. Bıçağı arxaya doğru sona qədər çəkdikdə yarımavtomatik mexanizm işə düşür. Bu mexanizm, masanı saxlayanı qabaqcadan qeyd olunmuş miqdarda mikronlar səviyyəsinə qaldırır. Obyekti saxlayan element vintlərlə təchiz olunmuşdur ki, bu, bloku tələb olunan vəziyyətdə (yəni bıçağın hərəkət müstəvisinə nisbətən lazım olan səviyyədə) bərkitməyə imkan verir. Bəzən san mikrotomlarında bıçaq hərəkətsiz birləşmiş olur və cilalanmış müstəvi üzərində obyekt və onu saxlayan dəstək hərəkət etdirilir. Adətən parafin bloklardan kəsiklər hazırlamaq üçün 2 tip mikrotomdan – san və rotasion mikrotomdan istifadə olunur. Kəsikləri hazırlayan zaman onları mikrotomun bıçağından fırça və ya yarma iynəsi vasitəsilə götürmək lazımdır. İş bitdikdən sonra mikrotomun bıçağı benzin, petroley efiri və ya ksilol ilə islanmış parça vasitəsilə silinməlidir. Bıçağın üzərindən götürülmüş kəsikləri distillə suyu olan stəkana yığmaq lazımdır (bəzən əşya şüşəsinin üzərində quru halda yapışdırıla bilirlər). Suya keçirilmiş kəsikləri daha yaxşı düzəlməsi üçün suyu 37 – 400C qızdırmaq lazımdır. Bu zaman parafin ərimədən kəsiyin düzəlməsinə fikir verilməlidir. Düzəlmiş kəsik sonradan əşya şüşəsi üzərinə qoyulur. Bəzən kəsikləri birbaşa əşya şüşəsinin üzərində olan 2 – 3 damla suyun içərisinə keçirirlər. Bu zaman kəsiklərin düzəlməsi üçün şüşəni qızdırmaq (qızdırıcı masa və ya spirtovka vasitəsilə) kifayət edir. Əşya şüşəsi üzərində kəsik düzəldikdən sonra onun ətrafındakı suyun artığı filtr kağızı ilə çəkilir və həmin əşya şüşələri bir gecəlik 370C-də termostatda saxlanılır. Sonradan həmin kəsiklər rənglənir. Kəsiklər əşya şüşələri üzərinə yapışdırılmadan əvvəl onlar təmizlənməlidirlər. Bu mürəkkəb proses olub, iki mərhələdə həyata keçirilir: yağsızlaşdırılma və adqeziv örtüyün çəkilməsi. Lakin bəzən yağsızlaşdırılmasına ehtiyac olmayan hazır əşya şüşələri istehsal edirlər. Bu zaman həmin əşya şüşələrinin paketinin üzərində “pqe cleaned” markası qeyd olunur. Əşya şüşələrinin təmizlənməsi və yağsızlaşdırılması. Şüşələr əvvəl isti sabunlu suda yuyulur, distillə suyunda yaxalanır və qurudulur. Həmin şüşələr kağıza bükülüb işlənmə prosesində istifadə olunur. Təcrübələr başlanmamışdan əvvəl tələb olunan qədər əşya şüşəsi götürülüb içərisində Nikiforov mayesi (etanol-efir 1:1) olan banka və ya möhkəm qapaqlı flakonlarda saxlanılır. Nikiforov mayesinin içərisində şüşələrin yağsızlaşması baş verir. Şüşənin hazırlıq səviyyəsini müəyyənləşdirmək üçünbir ədəd götürülür, silinir və üzərinə bir damla distillə olunmuş su tökülür. Damla dağılmırsa, deməli hələ şüşə hazır deyil. Yalnız su damlası əşya şüşəsinin üzərində axdıqda, damla şəklində qalmadıqda, ondan kəsikləri yapışdırmaq üçün istifadə etmək olar. Əks halda, adqezivlə təmizlədikdə belə, kəsik şüşə üzərinə yapışmayacaqdır. Lakin məhlulların temperaturu yüksək olduqda, qələvi ləyənlərində də kəsiklər tez-tez şüşədən qopurlar. Adqeziv vasitələrlə təmizlənmə. Təmiz və yağsızlaşdırılmış əşya şüşələri adqeziv məhsullarla təmizlənir. Əşya şüşələrinin adqeziv xüsusiyyətlərini artıran əsas iki üsuldan istifadə olunur: qliserinli yuurta ağı və jelatinlə işləmə. Qliserinli yumurta ağı ilə adqeziv işləmə. Yumurtanın ağı şpatel ilə köpüklənənə qədər çırpılır və sonradan geniş məsaməli filtrdən süzülür. Filtr əvvəl distillə olunmuş su ilə isladılır. Filtrasiya 24 saat çəkir. Filtrdən keçmiş yumurta ağına eyni həcmdə qliserin qatılır, qarışdırılır və üzərinə bir dilim (çürüməməsi üçün) kamfora (kafur yağı) və ya timol qatılır. Bu məhlulu soyuducuda saxlamaq daha yaxşıdır. Həmin məhlul ilə yağsızlaşdırılmış əşya şüşələrinin işlənməsi bu qayda ilə həyata keçirilir. Etanol və ya Nikiforov mayesinə çıxarılmış əçya şüşələri quru parça ilə silinir və papkalara yığılır. Hər şüşənin üzərinə yarma iynəsinin ucunda və yaxud şüşə çubuqla zülallı qliserin damlası qoyulur. Barmağın ucu ilə bu damcı şüşənin üzərində yayılır. Sonradan həmin şüşələr quru mühitində quruyur (otaqda) və 15-20 dəq termostatda 50-600C qızdırılır. Yalnız bundan sonra kəsikləri həmin əşya şüşələrinin üzərinə yapışdırmaq olar.

Jelatinlə işləmə[redaktə | mənbəni redaktə et]

Bunun üçün 2.5 q jelatin 500 ml distillə suyunda daima qarışdırılmaqla və 500C-də qızdırılmaqla həll edilir. Jelatin həll olunduqdan sonra onun üzərinə 0.25 q xromokaliy kvassı əlavə edilib qarışdırılır. Otaq temperaturunda soyuduqdan sonra 40-də (soyuducuda) saxlanılır. Işə başlamadan əvvəl həmin məhlu 600C-də qızdırılır və filterdən süzülür. Bu məhluqa təmizlənmiş əşya şüşələri yerləşdirilir, çıxarıldıqdan sonra bir saata qədər 600C-də qurudulur. Soyuduqdan sonra həmin şüşələr qutularda saxlanılır və lazım olduqça işlədilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]