Entonet Kristin Kayedito (ing. Anthonette Christine Cayedito; 25 dekabr 1976, Qallap[d], Nyu-Meksiko) — 6 aprel 1986-cı ildə Nyu-Meksika ştatının Qallap şəhərindəki evindən itən amerikalı qız.[1]
Entonet Kayedito | |
---|---|
ing. Anthonette Christine Cayedito | |
Doğum tarixi | 25 dekabr 1976 (47 yaş) |
Doğum yeri |
|
Yoxa çıxıb | |
Vətəndaşlığı | ABŞ |
Atası | Entoni Montoya |
Anası | Penni Kayedito |
Milliyyəti | amerikalı |
Kayedito 25 dekabr 1976-cı ildə Amerikada ən böyük yerli xalq Navajo xalqından olan Penni Kayedito (1952–1999)[2] və italyan-ispan mənşəli ata olan Entoni Montoyanın (1951–2012) ailəsində anadan olub.[3] Valideynləri boşandıqdan sonra Entonet, həmçinin kiçik bacıları-Vendi və Sedi anaları tərəfindən Nyu-Meksika ştatının Qallap şəhərində böyüdülər.
Kayedito 6 aprel 1986-cı ildə səhərin erkən saatlarında ABŞ-nin Nyu-York ştatının Qallap şəhərindəki 66 nömrəli marşrut yolundakı evində itkin düşdü.[4] Həmin axşam Kayeditonun anası Penni yerli bir barda dostları ilə birlikdə idi,[4] Entonet isə bacıları-Vendi və Sedi ilə bir yerdə bir dayə ilə birlikdə idi. Penni gecə yarısı evə gəldi və dayəni evinə göndərdi.[4]
Vendinin dediyinə görə, gecə saat 3 radələrində qapı döyüldü. Qızların ikisi də həmin vaxt oyaq idi və Entonet qapıya tərəf getdi. Onların kim olduğunu soruşduqda qapını döyən özünü "Co əmi" kimi təqdim etdi. O, qapını açanda iki kişi onu tutdu. O, çığıraraq və onları təpikləyərək "Məni buraxın" "Məni buraxın" deyirdi, çünki onlar Entoneti qəhvəyi bir mikroavtobusa qoyurdular. Vendi adamları tanımırdı. O, onların üzünə baxmadı.[3] Ertəsi gün Penni qızlarını məktəbə hazırlamaq üçün oyananda o, Entonetin yataq otağında olmadığını başa düşdü. Qonşulardan soruşduqdan sonra polisə zəng etdi. O, Entonetin yataq otağında olmadığını başa düşdü. Qonşulardan soruşduqdan sonra polisə zəng etdi.[3]
Kayeditonun itkin düşməsindən bir il sonra Qallap Polis Departamentinə gənc bir qızın Entoni Kayedito olduğunu iddia etdiyi telefon zəngi gəldi. Zəngdə o, Nyu-Meksika ştatının Albukerke şəhərində olduğunu dedi. Qızın harada olduğunu aşkar etməzdən əvvəl qəzəbli bir yetkin kişi səsi eşidildi: "Telefondan istifadə edə biləcəyini kim söylədi?!" ardınca qız qışqırır, dava-dalaş səsləri eşidilir və ondan sonra telefon danışığı kəsilir. Kayeditonun anası Penni səsin qızına məxsus olduğuna inanırdı. O, kişinin səsini tanımırdı.[3]
Dörd il sonra, 1991-ci ildə Nevada ştatının Karson-Siti şəhərindəki bir restoranda ofisiant Kayeditonun təsvirinə uyğun gələn, mütəmadi olaraq əşyalarını yerə atan və ofisiantın diqqətini cəlb etməyə çalışan bir yeniyetmə qızla qarşılaşdı. Ofisiantın dediyinə görə, o, hər dəfə əşyalarını təhvil verəndə qız onun əlindən tutur və bərk-bərk sıxırdı. Qız bir cütlüyün yanında idi. Onlar getdikdən sonra ofisiant masanı təmizlədi və qızın yemək yediyi boşqabın altından bir salfet tapdı. Salfetdə iki qısa mesaj var idi: "Mənə kömək edin" və "Polisə zəng edin".[4]
Polis Penninin bacısı ilə evli olan şəxsi dindirdi, lakin onu şübhəli adlandırmaqdan imtina etdi.[3] Müstəntiqlər Kayeditonun öldüyünə inanırdılar, baxmayaraq ki, onun harada olduğu 2018-ci il üçün də məlum deyildi.[1] Onun anası Penni 18 aprel 1999-cu ildə vəfat etdi. Polis 2016-cı ildə Penninin uğursuz yalan detektoru testinə əsaslanaraq qızının itməsinə dair polisə verdiyi məlumatdan daha çox məlumata sahib olduğunu bildirdi.[4] Entonetin atası isə 17 avqust 2012-ci ildə vəfat etdi.[5]
Kayeditonun itkin düşməsi 1992-ci ildə "Həll edilməmiş sirrlər"də nümayiş olundu.[3]