Epanalepsis (yun. ἐπανάληψις, epanálēpsis, hərf. "təkrar, bərpa, yenidən götürmə")[1] — klauzanın və ya cümlənin başlanğıc hissəsinin həmin klauzanın və ya cümlənin sonunda təkrarlanması.[2] Cümlənin əvvəli və sonu iki vurğu mövqeyidir, buna görə də hər iki yerdə təkrarlanaraq ifadəyə xüsusi diqqət yetirilir. İç-içə iki-epanalepsis antimetaboladır.