Ephedra ciliata

Kirpikli acılıqotu (lat. Ephedra ciliata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.

Kirpikli acılıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İranda, Orta Asiyada təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir. Erkəkcik yarpağı ümumi qələmşəkilli bünövrədə yerləşir. Ləpəyarpaqları təkdir, toxumun qabığından çıxır. Meyvəverən sünbülcükləri yumurtaya oxşar olub, bir neçəsi bir yerdə olmaqla, uzun ayaqcıqlar üzərindədir. Meyvələri kürəşəkillidir, uzunluğu təxminən 6 mm-ə çatır, lətlidir, rəngi qırmızımtıl və ya ağ olur. Toxumları qonur, arxa tərəfi qabarıq, 6 mm uzunluqdadır, mayda çiçək açır, iyul-avqust aylarında meyvələri yetişir. Qışda rütubətdən qorunmalıdır. Toxumla çoxaldılır. Tərkibində 2-3% efedrin və psevdoefedrin vardır, efedrin alkaloidi (efedrin) (C10H15NO) almaq üçün istifadə edilir. Efedrin preparatı da adrenalin kimi qan damarlarını daraldır və cərrahiyyə əməliyyatında qankəsici dərman kimi, bronxial astmada, xroniki bronxit xəstəliklərində və qanaxmalarda, morfinlə və skolorominlə zəhərlənmə hallarında zəhərin təsirini aradan qaldırmaq üçün, öskürəyə, ağ ciyər vərəminə qarşı, hərarəti aşağı salan vasitə kimi istifadə edilir. Azərbaycanda Abşeron yarımadasında AMEA-nın Mərkəzi Botanika bağında və Mərdəkan Dendrarisində becərilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ephedra foliata var. ciliata (Fisch. & C.A.Mey.) Stapf

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Ephedra aitchisonii (Stapf) V.A.Nikitin
  • Ephedra alte Brandis
  • Ephedra alte C.A.Mey.
  • Ephedra asparagoides Griff.
  • Ephedra ciliata var. polylepis (Boiss. & Hausskn.) Riedl
  • Ephedra foliata Boiss. ex C.A.Mey.
  • Ephedra foliata var. aitchisonii Stapf
  • Ephedra foliata var. polylepis (Boiss. & Hausskn.) Stapf
  • Ephedra kokanica Regel
  • Ephedra peduncularis Boiss.
  • Ephedra polylepis Boiss. & Hausskn.
  • Ephedra rollandii Maire