Epigenez (tibbi nəzəriyyə)

Biologiyada epigenez (yaxud preformasiyadan fərqli olaraq neoformasiyaçılıq) bitkilərin, heyvanların və göbələklərin hüceyrələrin fərqləndiyi və orqanların əmələ gəldiyi mərhələlər ardıcıllığı ilə toxumdan, sporadan və ya yumurtadan əmələ gəlməsi prosesidir.[1]

Epigenetik anlayışlar əsasən 17–18 əsrlərdə preformizmlə mübarizədə əmələ gəlmişdir (U. Harvey, İ. Büffon və xüsusilə K. F. Volf). Sitologiya və genetikanın uğurları sayəsində müəyyən olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrələrin mikrostrukturu ilə müəyyən edilir. K. Volfun əsərləri sayəsində (18 əsrin sonu) Epigenez konsepsiyası qalib gəldi və embriologiyanın inkişafına təkan verdi. 19 əsrin 70–80-ci illərində sitologiyanın müvəffəqiyyətləri Epigenezi təkzib edən irsiyyətə dair çoxlu konsepsiyanın meydana çıxmasına səbəb oldu. 19 əsrin sonunda inkişaf mexanikasının təşəkkülü vitalist xarakterli epigenetik nəzəriyyələrin bərpası ilə nəticələndi. 20 əsrdə genetikanın meydana gəlməsi ilə yalnız xarici, yaxud qeyri-maddi amillərdən asılı olan tam yeni törənən prosesin inkişafı haqqında primitiv anlayışlar əvəzinə, orqanizmlərin ontogenez qanunauyğunluqlarını müəyyənləşdirən genetik informasiyalar təlimi yarandı.

  1. Heard, Edith. Épigénétique et mémoire cellulaire: Leçon inaugurale prononcée le jeudi 13 décembre 2012 // Épigénétique et mémoire cellulaire. OpenEdition Books. Leçons inaugurales (French). Collège de France. December 13, 2012. ISBN 9782722602328. August 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 10, 2016.