Epipactis monorchis

Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qışlaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Təkyumrulu qışlaqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır. İyun-iyul aylarında çiçəkləyir. Yüksək dağ qurşaqlarında (1900-2000(2500) m), subalp çəmənlərində, tozağacı meşələrində rast gəlinir.

Böyük Qafqazın Quba hissəsində (Ləzə kəndi ilə Şahdağ dağı arasında) yayılmışdır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

İqlim dəyişkənliyi, otarılma və tapdalanma müşahidə olunur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Arachnites monorchis (L.) Hoffm.
  • Epipactis monorchis (L.) F.W.Schmidt
  • Herminium clandestinum Gren. & Godr.
  • Monorchis herminium O.Schwarz
  • Ophrys herminium Gren.
  • Ophrys monorchis L.
  • Orchis herminium Gren.
  • Orchis monorchis (L.) Crantz
  • Satyrium monorchis (L.) Pers.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Herminium alaschanicum var. tanguticum Maxim.
  • Herminium haridasanii A.N.Rao
  • Herminium tanguticum (Maxim.) Rolfe
  • Ophrys triorchis St.-Lag.