Asırğalyarpaq mürgəkotu (lat. Epipactis veratrifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU C2a(ii). Azərbaycanın nadir növüdür.
Asırğalyarpaq mürgəkotu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Asırğalyarpaq mürgəkotu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Kökümsovları qısadır. Gövdənin hündürlüyü 40-100 sm-dir. Çiçək qrupu oxu ilə birlikdə üst tərəfdə az əyilmiş, alt tərəfdə 3-4 qınlıdır. Yarpaqları böyükdür. Alt yarpaqları enli-ellipsvaridir, ortadakılar ellipsvaridir. Çiçək qrupu 4-20 çiçəkli, biryanlı salxımşəklindədir. Uzunluğu 15-18 mm, dar-oval, sivriləşmiş, xaricdən qismən çox və ya az əyilmiş, çiçəkyanlığının daxildəki ləçəkləri kütdür, qeyri-bərabər yanlıdır. Çiçək dodaqları çiçək yanlığının ləçəklərindən qısadır, onun arxa hissəsi novşəkillidir, ön hissəsi itidir.
İyun-iyul (avqust) aylarında çiçəkləyir. Aşağı dağ qurşağında rütübətli yamaclarda, ovalıqılarda, dağətəyi qurşaqlarda, quru yerlərdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonunun Kotam kəndinin ətrafı).
Populyasiyası azalır, yeganə lokalitetində mənfi təsirlərə həssaslıq müşahidə olunur.
İqlim və antropogen amillər.
Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır.Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarilması təklif olunur.