Jägermeister (tələffüzü Yəgermayster) — 56 növ ot, meyvə, ədviyyat əsaslı güclü alman likörü.
Jägermeister | |
---|---|
Növü | Likör |
Alkoqol | 35 % (V/V) |
İstehsalçı | Mast-Jägermeister SE |
Mənşəsi | |
Yaradıldığı il | 1935 |
jagermeister.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Bitter kateqoriyasına aiddir. Likör 56 komponentin — bitkilərin qarışdırılması ilə əldə edilir və palıd barellərdə 12 ay saxlanılır. İçkinin dəqiq tərkibi gizli saxlanılır. İçkinin etiketi maral və buynuzlarının üzərində xaç təsvir edilmişdir və əfsanəyə görə müqəddəs Quber, ovçuların himayəçisi tərəfindən ovlanan maral təsvir edilmişdir. Etiket alman yazıçısı Oskar fon Rizentalın şeiri ilə çərçivələnmişdir. Alman istehsalı olduğu üçün içkinin simgəsində uzun s istifadə olunur.[1]
Jägermeister, bir çox digər bitter kateqoriyasında olan içkilər kimi, həzm üçün əlverişli hesab olunur. Adi formada soyudulmuş halda və ya kokteyllərdə istifadə olunur.[2]
Likör 1935-ci ildən Uolfenbüttel (Aşağı Saksoniya) şəhərində yerləşən 1878-ci ildə yaradılmış Mast-Jägermeister SE şirkəti tərəfindən istehsal olunur. Likör üçün resept 1934-cü ildə şirkətin qurucusunun oğlu Kurt Mast tərəfindən yaradılmışdır. Əvvəlcə resept həzm yaxşılaşdırılması üçün bir dərman kimi nəzərdə tutulmuşdur.[3]
İçkinin adı onun yaradıcısı tərəfindən verilmişdir. Jägermeister "əsas ovçu" mənasını verir. Kurt Mast bir ovçu idi, belə ki, yeni məhsul üçün ad seçilməsi buna əsaslanmışdır.[4]
1934-cü ildə Alman İmperator meşəbəyi Herman Reyx ərazisində ov qaydaları haqqında qanun çıxarmış və özünü "əsas ovçu" elan etdi. Bu baxımdan, Vermaxtın əsgərləri bu içkini "Schnaps Geringa" adlandırırdı.[5]
Markanın simvolu kimi buynuzlar arasında xaçla maraldan istifadə qədim əfsanəyə aiddir. Belə ki, qraf Qubert Liejski Milad axşamında meşədə gəzərkən buynuzların arasında katolik xaç parlayan maralı görür. Bu hadisənin təsiri altında, bütün var-dövlətini rahiblərə vermiş və bütün əmlakları kilsələrə üçün istifadəyə təqdim etmişdir, ölümündən sonra müqəddəs sayılmağa başlamışdır. Müqəddəs Qubert, ümumiyyətlə ovçuların və ovun patronu sayılır.[6]
1970-ci illərdən etibarən likör dünyanın onlarla ölkəsinə ixrac olunur.[7]