Qışlayan qatırquyruğu (Equisetum hyemale L.)[2] - qatırquyruğu cinsinə aid bitki növüdür.[3]
Qışlayan qatırquyruğu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: ???: Qışlayan qatırquyruğu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Elmi adı:Equisetum hyemale L.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [2]
Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan. [4] [5]
Sporların yetişmə dövrü iyun-avqust aylarıdır. Mezofotdir. Nəmli yerlərdə, çağıl daşlarında, dəniz qumluqlarında psammofit-litoral bitkilik tipində kiçik qrup şəklində rast gəlinir. [4] [5] [6] [7]. Dərman bitkisidir. [4] [6]
randan yuxarı dağ qurşağına kimi, su kənarında, dəniz kənarı qumluqlarda Convolvulus persicus, Daucus carota, Pulicaria dysenterica, Trachomitum sarmatiense, Argusia sibirica bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dərman bitkisidir, homeopatiyada və xalq təbabətində istifadə olunur.
Samur-Dəvəçi ovalığı (Xaçmaz rayonu, Şabran rayonu); Naxçıvan düzənliyi (Uzunoba kəndi ətrafı). [4] [5] [7] [8]
Azalmaqdadır. [8]
Xəzər dənizinin səviyyəsinin dəyişməsi və antropogen amillər (mal-qara tərəfindən tapdalanması, çimərliklərdə tikinti işlərinin aparılması). [6]
Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərini axtarılması təklif olunur.