Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər.
Erd | |||||
---|---|---|---|---|---|
|
|||||
47°23′ şm. e. 18°55′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +36 23 | ||||
Poçt indeksi | 2030 | ||||
Digər | |||||
erd.hu | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir.
Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var.[2]
1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu. 20-ci əsrin əvvəllərində Erd Karolyi ailəsinin mülkü oldu. Qəsəbə daha da inkişaf etməyə başladı, lakin əsas etibarilə 1972-ci ilə qədər əkinçilik qəsəbəsi olaraq qaldı.
Erd Macarıstanda 1991 və 2001-ci ilin statistikasına görə ən sürətlə böyüyən şəhər idi. 7 noyabr 2005-ci ildə Macarıstan Parlamenti Erdin 2006-cı ilin payızında keçirilən parlament seçkilərindən sonra şəhər olacağına qərar verdi.
İctimai nəqliyyat 5 avtobus xətti ilə Volanbusz tərəfindən idarə olunur. Şəhərdə beş dəmiryolu stansiyası var. Sərnişinlər Budapeşt, Peç, Nadkanija, və s. şəhərlərə səyahət edə bilərlər.
City | Country |
---|---|
Poynton | Birləşmiş Krallıq |
Reqin | Rumıniya |
Lyubaçov | Polşa |
Suçjoy | Çin |