Övliya Çələbi

Övliya Çələbi (Osmanlı dili: اوليا چلبي; 25 mart 1611[1][2][…], İstanbul1682[3][2][…], Qahirə)[4]XVII əsrin qabaqcıl səyyahlarından və nəsr yaradıcılarındandır. Əlli ildən çox[5]Avropa, Qərbi AsiyaMisirdə olub və "Səyahətnamə" adlı 10 cildlik əsərdə gördüklərini toplayıb. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir.

Övliya Çələbi
osman. اولیا چلبی
Doğum tarixi 25 mart 1611(1611-03-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1682[3][2][…]
Vəfat yeri
Fəaliyyəti tədqiqatçı-səyyah[d], tarixçi, yazıçı, səyyah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çələbi ailəsi əslən Kütahyadan idi və fəthdən sonra İstanbulda məskunlaşdı və zaman-zaman Kütahyada qaldı.[6] İstanbulun fəthi zamanı Övliya Çələbinin babası Qara Əhmet bəyin babası Yavuz Özbek (Er), II Mehmedin basqınçılarından biri idi və fəth qənimətləri ilə Unkapanıda yüz dükan və bir məscid ilə bir ev tikdi. Əvvəllər Sağrıcılar məscidi kimi tanınan bu məscid Yavuz Sinan məscididir.[7] Övliya Çələbinin babası olan Qara Əhməd bəy Kütahyada evlərin qarşısındakı türbədə dəfn edilmişdi.[8] Atası Dervis Mehmed Zilli, I Süleymandan Əhməd I-yə qədər olan sülalələrin zərgəri olmuş, bir çox səfərlərdə iştirak etmiş və çox yaşlı ikən vəfat etmişdir. Anası Abxazlardan idi. Anasının bacısı Mələk Əhməd Paşanın anası olduğu üçün Mələk Əhməd Paşanın himayəsində idi. Əmisi Firaqi Əbdürrəhman Çələbi idi.[9] Atası, anası və nənəsi Beyoğlundakı Lohusa Sultan məzarı yaxınlığındakı "Meyyit" qəbiristanlığında dəfn olunublar.[10] Anadan olmasının 400 illiyi münasibətilə UNESCO tərəfindən 2011-ci il "Övliya Çələbi" ili elan edildi.

Övliya Çələbinin muzey olaraq istifadə edilən Kütahyadakı evi

Hicri 10 məhərrəm 1020, Miladi 25 mart 1611-ci ildə İstanbulda doğulmuşdur.[11] Övliya Çələbi əvvəllər məhəllə məktəbinə getmişdi. Sonra Şeyxülislam Hamit Əfəndi mədrəsəsinə daxil oldu. Burada yeddi il təhsil aldıqdan sonra təhsilini saray məktəbi olan Əndərunda davam etdirmişdi. Məktəb təhsili ilə yanaşı Quran, ərəb, incə yazı, musiqi, bədən tərbiyəsi və xarici dil kimi özəl müəllimlərdən dərs alırdı. Mükəmməl təhsil alan Övliya Çələbi bir neçə il İstanbulda Osmanlı sultanı IV Muradın sarayında xidmət etmişdir. Saraya girməyində Mələk Əhməd Paşa, Ruznaməci İbrahim Əfəndi ve Xəttat Həsən Paşanın köməkləri olmuşdur.[12] Əsərləri ilə sultanın və dövlətin şəxslərinin təqdirini qazanmışdı. IV. Muradın ölümünə qədər ağıl və yaxşı nitq qabiliyyəti sayəsində sarayda sultanın rəğbətini qazandı. Buna görə çox yüksək vəzifələrə təyin olunması düşünülürdü. O, Səfirliyin üzvü, həmçinin xüsusi tapşırıqlar üzrə məmur kimi Yaxın və Orta Şərqin, həmçinin Şərqi Avropanın bir çox ölkələrində olmuşdur. Çələbi özünün zəngin təəssüratlarını 10 cildlik "Səyahətnamə" əsərində qeyd etmişdir. Mələk Əhməd Paşa, Dəftərdarzadə Mehmet Paşa, Kösə Əli Paşa, Körpülü Mehmed Paşa, Krım xanı və sairlə birlikdə gəzdi və xarici ölkələri gördü. Qafqazda olarkən (1640–1641, 1646–1648) Dərbənddə Dədə Qorqudun müqəddəs qəbri və 40-lar qəbri barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır. Səyahətnamənin II cildində Çələbi 1647-ci ildə olduğu Azərbaycanın və Gürcüstanın şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. Onun gəzdiyi yerlər barədə verdiyi məlumatlar orijinal olub, bir çox hallarda başqa tarixi mənbələrdə rast gəlinmir.[13]

Kitabi Dədə Qorqudun tarixini, boy təşkilatını, tarixi coğrafiyasını öyrənməkdə ən mühüm qaynaqlardan biri Övliya Çələbinin "Səyahətnamə"sidir. Qorqudşünaslar dəfələrlə müxtəlif problemlərin işıqlandırılması üçün "Səyahətnamə"yə müraciət etmişlər.[14]

1682-ci ildən sonra vəfat etdi. Ölüm yeri və məzarı hələ də bilinməməkdədir.[5] Ehtimal olnur ki, onun qəbri Lohusa Sultan Türbəsi yanındakı "Meyyit" qəbirsanlığında, ailəsinin yanındadır.

Dövrünə görə yaxşı təhsil alan Övliya Çələbi nəzm və musiqi ilə məşğul olmuşdu. Harada danışacağını bilən, xoş söhbət, eyni zamanda cəsur səyahətçi idi. Bir çox döyüşlərdə iştirak etmiş və xeyli təhlükələrdən xilas olmuşdu.

Xasiyyəti və xeyirxahlığı onu bir çox təhlükələrdən xilas etmişdi. Ömrünün son günlərində belə səyahəti sevən Övliya Çələbi hər fürsətdən istifadə edərək səyahət etməkdən yorulmamışdı. Vəzirlər arasındakı düşmənçilik və rəqabət nəticəsində yaranan cinayətləri barışıq yolu ilə düzəltməyə çalışdı. Heç vaxt evli olmayıb və bütün hədiyyələrini, pulunu və qənimətini bacılarına xərcləyirdi.

Səyahətə başlaması

[redaktə | mənbəni redaktə et]

Övliya Çələbinin düşüncələri çox fərqli idi. Gənc yaşlarından etibarən səyahət etmək arzusunda olub. Yeni yerləri görmək və yeni insanlarla tanış olmaq istəyirdi. Buna görə sarayda çox qala bilmədi. Dediyinə görə, məşhur səyahətlərinə bir yuxu səbəb olmuşdu. 1040-cı il məhərrəm ayı aşura gecəsində(19 avqust 1630)[15] gördüyü yuxu: Yuxusunda İstanbuldakı Yemiş körpüsünün yaxınlığındakı "Ahi Çələbi" məscidində idi. Orada böyük bir camaat var. Diqqətlə baxıb İslam peyğəmbəri Məhəmmədi baş tərəfdə görür. Dörd sadiq xəlifə və digər səhabələr həmişə orda olur. Məhəmmədin yanına gedib ondan şəfa dilənmək arzusundadır. Ancaq cəsarət edib gedə bilmir. Nəhayet, cəsarətlənib gedər, "Şəfaat ya Rəsulullah" deməkdən "Səyahat ya Rəsulullah" deyir. Beləliklə, 70 yaşına qədər davam edəcək və müxtəlif təhlükələrə, çətinliklərə və hadisələrə baxmayaraq imtina etməyəcəyi səyahəti başlar.

İlk səyahətini İstanbul və onun ətraf ərazilərinə etdi. Daha sonra İstanbul xaricinə çıxdı. 1640-cı illərin əvvələrində atasından xəbərsiz Bursaya getmək üçün İstanbuldan çıxdı. Bu səfərdən 35 gün sonra qayıtdı.[16] Atası oğlunun səyahət sevgisini görəndən sonra buna icazə verdi və onu dövrün vacib şeyxləri Abdül-ahat Nuri Əfəndi və digər şeyxlərin yanına apararaq əllərini öpməsini və xeyir-duasını almağı niyaz etdi.

Övliya Çələbi ikinci səfərini 1640-cı ilin iyulunda İzmitə etdi. Bu sürətlə 1630-cu ildən 1681-ci ilə qədər əlli ildən çox səyahət etdi.[5][17] Ziyarət etdiyi yerlər arasında o dövrdə Osmanlı İmperiyasının sərhədləri daxilindəki demək olar ki, bütün yerlər var idi.[5]

2014-cü ildə müasir Macarıstanda Eqer şəhərində qurulan Övliya Çələbinin abidəsi Heykəltəraş: Piros_Rostás_Bea

Övliya Çələbi Səyahətnaməsi

[redaktə | mənbəni redaktə et]

Səyahətnamə Övliya Çələbi tərəfindən XVII əsrdə yazılmış məşhur bir gəzinti kitabıdır. On cilddən ibarətdir. Həqiqi bir gözlə izlənən hadisələr sadə və aydın, bəzən fantastik, bəzənsə xalqın başa düşəcəyi şəkildə yazılmış və deyimlər xalqın başa düşə biləcəyi şəkildə istifadə edilmişdir. Xalq etimologiyası da çoxdur.[18] Övliya Çələbi Səyahətnamədə gəzdiyi yerləri öz üslubunda təsvir edib. Övliya Çələbinin "Səyahətnamə" si (10 cilddə) gördüyü və ziyarət etdiyi bütün ölkələr haqqında çox vacib məlumatları ehtiva edir. Bu baxımdan əsər Türk mədəniyyət tarixi və səyahət ədəbiyyatı baxımından əhəmiyyətli bir yerə sahibdir.

42 il boyunca etdiyi səyahətləri 10 cildlik Səyahətnamə əsərində toplamışdı. Bu səfərlərin tarixi və kitabdakı cild nömrəsi aşağıdakı kimidir:

  1. 1630 — İstanbul və ətrafı
  2. 1640 — Anadolu, Qafqaz, KritAzərbaycan
  3. 1640 — Suriya, Fələstin, ErmənistanRumeli
  4. 1655 — Şərqi Anadolu bölgəsi, İraqİran
  5. 1656 — RusiyaBalkanlar
  6. 1663\1664 — Macarıstana hərbi ekspedisiyalar
  7. 1664 — Avstriya, Krım və ikinci dəfə Qafqaz
  8. 1667–1670 — Yunanıstan və ikinci dəfə Krım və ikinci dəfə Rumeli
  9. 1671 — Həcc üçün Hicaz, MəkkəMədinə
  10. 1672 — MisirSudan

Populyar mədəniyyətdəki yeri

[redaktə | mənbəni redaktə et]

Möhtəşəm Yüz İl Kösəm (teleserial, 2015) adlı tarixi serialında Nəcib Məmili tərəfindən canlandırılmışdı.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hâfiz Mehmet Zillî Evliya Çelebi // Babelio (fr.). 2007.
  3. 1 2 Evliya Çelebi // CONOR.BG.
  4. Kahraman, S.A., Dağlı, Y. Günümüz Türkçesiyle Evliyâ Çelebi Seyahatnâmesi. 1. Yapı Kredi Yayınları. 2–5.
  5. 1 2 3 4 Veysel Dinçer. "50 Yıl Gezip Yaşadıklarını 10 Cilde Sığdıran Evliya Çelebi'nin Hikâyesi" (türk). listelist.com. 14 noyabr 2014. 2018-02-12 tarixində arxivləşdirilib.
  6. Seyit Ali Kahraman,. Günümüz Türkçesiyle Evliya Çelebi Seyahatnamesi. 2. səh. 89.
  7. Övliya Çələbi,. Səyahətnamə. 1.
  8. Övliya Çələbi. Səyahətnamə. 3. 443, 444.
  9. Övliya Çələbi. Səyahətnamə. İstanbul: Yapı Kredi Yayınları. 2000. 17, 19.
  10. Övliya Çələbi. Səyahətnamə. 1. 424, 425.
  11. EVLIYA ÇELEBI. (PDF). Ankara: Hacettepe Üniversitesi Basımevi. 2011. ISBN 978-975-491-309-5 http://www.turkiyat.hacettepe.edu.tr/Evliya_Celebi.pdf (#bare_url_missing_title).
  12. Övliya Çələbi. Səyahətnamə. 1. səh. 244.
  13. Sara Aşurbəyli "Bakı şəhərinin tarixi-orta əsrlər dövrü" rus dilindən tərcümə, Bakı-2006. səh. 9–10
  14. Dədə Qorqud kitabı ensiklopedik lüğət. Öndər nəşriyyatı, Bakı, 2004, səh. 286
  15. Seyit Ali Kahraman, Yücel Dağlı. Günümüz Türkçesiyle Evliya Çelebi Seyahatnamesi. 1. Yapı Kredi Yayınları. 2011. səh. 2.
  16. Evliya Çelebe. Seyahetname. 2. 4–5.
  17. Evliya Çelebe. Seyahetname. 1. səh. 503.
  18. Fatih Kemik. Evliya Çelebi Seyahatnamesi'ndeki Halk Etimolojisi Örnekleri Üzerine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. e-kitab Səyahətnamə — I cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-02 at the Wayback Machine
  2. e-kitab Səyahətnamə — I cild, 1834-cü il nəşri (ingiliscə)
  3. e-kitab Səyahətnamə — II cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-02 at the Wayback Machine
  4. e-kitab Səyahətnamə — II cild, 1834-cü il nəşri (ingiliscə)
  5. e-kitab Səyahətnamə — III cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-02 at the Wayback Machine
  6. e-kitab Səyahətnamə — IV cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-02 at the Wayback Machine
  7. e-kitab Səyahətnamə — V cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine
  8. e-kitab Səyahətnamə — VI cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine
  9. e-kitab Səyahətnamə — VII cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine
  10. e-kitab Səyahətnamə — VIII cild (Osmanlı türkcəsi) Arxivləşdirilib 2015-01-04 at the Wayback Machine
  11. e-kitab Səyahətnamə — IX cild, 1935-ci il nəşri (türkcə)
  12. e-kitab Səyahətnamə — X cild, 1938-ci il nəşri (türkcə)
  13. Evliya Çelebi Seyahatnâmesi’nin II. Abdülhamid Döneminde Muzır Neşriyat Sayılması