Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Ergenekon — Türkiyədə terrorçuluq fəaliyyəti göstərməkdə ittiham olunan gizli təşkilat.
Ergenekon
20 oktyabr 2008-ci ildə başlanan məhkəmə prosesində keçmiş general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də aralarında olduğu 194 şəxs terror təşkilatı qurmaqda, onu idarə etməkdə və xalqı hökumətə qarşı üsyana təhrik etməkdə ittiham olunur.
12 iyun 2007-ci il Istanbul Ümraniyə məhəlləsində ERGENEKON terror təşkilatı istintaqı müddətinin başlanmasına səbəb olan bir şikayət xəbərini qiymətləndirən polisin bir gecəqondu evində apardığı axtarışlarda 27 ədəd əl qumbarası ələ keçirilmiş 2 nəfər həbs olunmuşdur.
16 iyun 2007-ci il İstanbul Ümraniyədə 27 əl qumbaranın tapılması ilə bağlı aparılan istintaqda təqaüddə olan ehtiyat-zabit Mahmud Öztürk`ün kompüterlərindən ələ keçən sənədlərdə Ergenekon şəbəkəsi və dətalları üzə çıxdı. İş adamı Kuddisi Okkır həbs olunmuşdur.
26 iyun 2007-ci il Əskişəhir vilayətində təqaüddə olan bir kapitan həbs olundu çoxlu sayıda silah və partlayıcı maddə ələ keçirilmişdir.
27 iyul 2007-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində yazıçılar Ərgün Poyraz Ümid Oğuztan təqaüddə olan mayor Oqtay İldırım təqaüddə olan leytenant Bəkir Öztürk mafiya lideri Sədat Pəkər idealist hərəkatın keçmiş lideri Taner Ünal vəkil Fuad Turqut Kuvvayı Milliyyə 19-cuu Dərnəyi sədri Hüseyin Görüm təqaüddə olan mayor Fikrət Əmək həbs olunmuşdur.
21 yanvar 2008-ci il 6 ayrı bölgədə Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda təqaüddə olan tuğgeneral Vəli Kiçik vəkil Kamal Kərinçsiz jurnalist Gülər Kömürcü Türk Ortodoks Patrikxanası sədri Sevgi Erenerol təqaüddə olna polkovnik Fikri Karadağ ilə Susurluk iddiası hökmlüsü Sami Xoşdan Drej Əli ləqəbi ilə tanınan Əli Yasak daxil 63 nəfər həbs olunmuşdur.
22 mart 2008-ci il İstanbul və Ankarada baş polis idarələri əməkdaşlarının Ergenekon terror təşkilatı istintaqı daxilində apardıqları əməliyyatlarda İşçi Partiyası sədri Doğu Pərinçək respublika qəzeti sahibi İlxan Səlçuq İstanbul Universiteti keçmiş rektoru Kamal Ələmdaroğlu Milli Kanal nümayəndəsi Fərid İlsever İşçi Partiyası sədr müavni Nusret Senem daxil 13 nəfər həbs olunmuşdur.
26 fevral 2008-ci il Ergenekon terror təşkilatı istintaqı daxilində aparılan əməliyyatlarda Professor doktorlar Emin Gürses Ümid Sayın Hayrettin Erteki jurnalist Vedat Yenerer Şaxta Baba Şurası Dərnəyi sədri Müəmmər Karabulut həbs olunmuşdur.
1 iyul 2008-ci il Ergenekon terror təşkilatı istintaqı çərçivəsində keçmiş generallar Şənər Əruyğur Xurşut Tolon jurnalist Mustafa Balbay daxil 16 nəfər həbs olunmuşdur.
23 iyul 2008-ci il İstanbul və Koniyada Ergenekon terror təşkilatı istintaqı çərçivəsində aparılan əməliyyatlarda İstanbul Universiteti Meşə Fakultesi Öyrətim üzvü Uçkun Geray Gəmi Mühəndisləri Odası Təmsilçisi Yusif Buldur İşçi Partiyası üzvü Nuran Gökdəmir Əhməd Akgül və Mövlüd Sungur daxil 24 nəfər həbs olunmuşdur.