Yüksəkova dəstəsi

Yüksəkova dəstəsiTürkiyədə qeyri-qanuni təşkilat. Türkiyə Jandarmasının JİTEM bölməsi ilə açıq-aşkar əlaqələri var idi və onun "Ergenekon" təşkilatı ilə əlaqəsi olduğu güman edilir. Hakkari vilayətinin Yüksəkova rayonunda 16 nəfərin ölümündə günahlandırılmışdır.[1] "Today's Zaman" qəzetinin yazdığına görə, ona "üç yüksək rütbəli hərbçi və müxtəlif siyasətçilər rəhbərlik edirdi, narkotik və silah qaçaqmalçılığı edirdilər".[2]

Yüksəkova dəstəsi

Onun fəaliyyəti ilk dəfə 1996-cı ildə Susurluk qalmaqalından sonra üzə çıxmışdır. Təşkilatın fəaliyyəti Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilmiş "JİTEM fəaliyyətlərinin yalnız bir hissəsidir". Yüksəkova dəstəsi ilə bağlı yerli məhkəmələrin bütün həbs cəzaları Türkiyə Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və AİHM Türkiyəni Yüksəkova dəstəsi ilə bağlı çıxardığı qərarlara görə 103 min avro cərimələmişdir.[2] Yüksəkova bələdiyyə sədri Əli Ehsan Zeydan 1997-ci ildə həbs edilmişdir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]