Ergo decedo

Ergo decedo, Latınca "çıx get" və ya "tərk et" mənasına gəlir, argumentum ergo decedo və ya xain tənqidçi səfsətəsi, tənqidçinin tənqidin özünə cavab verməkdənsə, tənqidçinin hansısa bir qrupa bağlılığını və ya mənsubiyyətindən qaynaqlandığını irəli sürərək tənqidçinin tənqid etdiyini deyir tənqidə cavab verməmək, boyun qaçırmağa deyilir.

Səfsətə, tənqidçinin tənqid olunan qrupun dəyərlərini və adətlərini qiymətləndirmədiyini və ya vətənə xəyanət etdiyini dolayısıyla iddia edir və beləliklə, tənqidçinin ümumiyyətlə tənqid olunan qrupdan çıxaraq sualdan və ya mövzudan tamamilə çəkinməsini təklif edir.

Argumentum ergo decedo ümumiyyətlə təsnif edilməsinə görə səfsətənin bir növü kimi təqdim edilir, daha dəqiq desək ad hominem səfsətəsinin alt sinifinin bir növü olaraq təsnif edilir.

Siyasətdə[redaktə | mənbəni redaktə et]

Argumentum ergo decedo birbaşa tu quoque səfsətəsinə bağlıdır siyasi tənqidlərinə cavab verərkən. Kənar tənqidlərə qarşı whataboutism istifadə edilərkən, ergo decedo daxili tənqidə qarşı istifadə olunur.

Nümunələr[redaktə | mənbəni redaktə et]

Tənqidçi : "Düşünürəm ki, Azərbaycanın vergi sistemini təkmilləşdirmək üzərində işləməliyik. Mövcud sistem, GürcüstanTürkiyə kimi digər ölkələrdə həll edilmiş bir çox problemdən əziyyət çəkir. "


Cavabdeh
"Yaxşı əgər Azərbaycanı bəyənmirsənsə, niyə tərk edib daha yaxşı olduğunu düşündüyün bir yerə getmirsən?"

Tənqidçi : "Ofisimizin atmosferi şirkətin gələcəyi üçün islahatlar haqqında konstruktiv söhbətlərə başlamaq üçün uyğun deyil. Bir sıra təkmilləşdirmələrə ehtiyac var ".


Cavabdeh
"Korporativ sistemdən xoşunuz gəlmirsə, onda niyə buradasınız? Çıxıb gedin! "

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]