Erik Bana (9 avqust 1968[1], Melburn[2]) — avstraliyalı aktyor, komediya aktyoru və aparıcı.
Erik Bana | |
---|---|
ing. Eric Bana | |
Doğum adı | Eric Banadinović |
Doğum tarixi | 9 avqust 1968[1] (56 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | komediyaçı, ssenarist, film prodüseri, yarış avtomobili pilotu[d], kino aktyoru, səsləndirmə aktyoru[d], kinorejissor, televiziya aktyoru, aktyor |
Fəaliyyət illəri | 1993-cü ildən |
Mükafatları | |
IMDb | ID0051509 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı Eric Banadinović olan aktyor, karyerasına yerli televiziya kanallarından birində aparacılıq etməklə başlayıb. Daha sonra Avstraliyanın ən məşhur komediya qruplarından biri olan "The Comedy Company"də işləməyə başlayıb və oradakı çıxışları onun karyerasının dönüş nöqtəsi kimi qiymətləndirilir.
Bana, daha sonra televizya və filmlərdə göstərdiyi istedadı ilə seçilməyə başlayıb. İlk önəmli filmi "The Castle" (1997) olub və bu film ilə adını dünya film tarixinə yazmağa başlayıb. Ona ən böyük şöhrəti qazandıran "Chopper" (2000) adlı filmdəki performansı olub. Bu filmdə canlandırdığı cinayətkar "Chopper Read" real həyatdan götürülmüş bir xarakter idi. Daha sonra, "Black Hawk Down" (2001), "Troy" (2004), "Munich" (2005) və "Star Trek" (2009) kimi məşhur Hollivud filmlərində əsas rollarda çəkilib.
İngilis, xorvat və alman dillərini bilir. Avstraliyanın bir çox xeyriyyə cəmiyyətlərinə dəstək verməyi ilə də tanınır.