Eritrin

Eritrin – Co3 [AsO4]2 • 8H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Eritrin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Co₃(AsO₄)₂·8H₂O
Strunz təsnifatı VII/C.13[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xassələri[redaktə | mənbəni redaktə et]

Rəng – moruğu-qırmızı, şaftalı kimi qırmızı, tünd çəhrayıdan açıq-çəhrayıyadək, nadir hallarda – ağ, boz; Mineralın cizgisinin rəngi – çəhrayıdan ağadək; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi, torpaqvari aqreqatlarda – donuq; Şəffaflıq – yarımşəffafdır, kristalları şəffafdır; Sıxlıq – 3,0-3,1; Sərtlik – 1,5-2,5; Ayrılma – {010} üzrə tam mükəmməl; Sınıqlar – pilləlidən tikanlıyadək; Morfologiya – kristallar: prizmatik, iynəvari, lövhəyəbənzər; Mineral aqreqatları: radial-şüalı, torpaqvari kütlələr, ulduz şəkilli, kürə- və böyrəkvari əmələgəlmələr, qabıqlar, qaysaqlar – «kobalt çiçəkləri», smaltin üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]

Tipik törəmə mineral olub, Co arsenidlərinin aşınması nəticəsində əmələ gəlir və kobalt və kobaltlı filiz yataqlarının oksidləşmə zonasında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: farmakolit, kobaltin, smaltin, annabergit və b. Mineralın tapıldığı yerlər: Bu-Azzer (Mərakeş); İran; Ak-Ciqla (Orta Asiya); Vittixen, Şneerberq (Almaniya); Kobalt (Kanada) və b. Azərbaycanda Şimali-Daşkəsən kobalt, Şimal-Şərqi- və Cənubi-Daşkəsən dəmir filizi (Daşkəsən filiz rayonu) yataqlarında qeyd edilir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Kobalt filizləşməsinin indikatorudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]