Kobaltin

Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Kobaltin
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CoAsS
Strunz təsnifatı II/C.06a[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni).

Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya). Azərbaycanda kobaltin Şimali-Daşkəsən dəmir filizi - kobalt yatağı filizlərinin əsas minerallarından biridir. Bundan əlavə o, Daşkəsən rayonunun digər dəmir filizi obyektlərində də (Şimal-Şərqi Daşkəsən, Cənubi-Daşkəsən və b.) qeyd olunur. İkinci dərəcəli mineral kimi başqa genetik tipə aid olan bəzi filiz yataqlarında (Katsdağ, Mazımçay, Filizçay, Cixix-Saqator və b.) da rast gəlir.

Şüşə və keramika sənayesində, habelə metallurgiyada geniş istifadə edilən kobaltın mühüm filizidir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]