Erməni Millət Məclisi

Erməni Millət MəclisiOsmanlı imperiyasında 1863-cü il Nizamnamə-i Millət-i Erməniyana əsasən yaradılmış Millət-i Erməniyanın idarəedici orqanı.[1]

Erməni Millət Məclisi
Yaranma tarixi 1863
Mərkəzi

1863-cü ildə Bab-ı Ali 1848-ci il Fransa Konstitusiyasından ilhamlanaraq tərtib edilmişdir Nizamnamə-i Millət-i Erməniyanı təsdiqləmişdir. Tarixçilərə görə, bu, konstitusional monarxiyanın suverenin Konstantinopol Erməni Patriarxı olduğu forması idi. Hakimiyyətlər bölgüsü olan bu hökumət quruluşunda icra hakimiyyəti patriarxın əlində idi.[2]

Qanunvericilik hakimiyyəti 140 deputatı olan Millət Məclisinə həvalə edilmişdir. Onlar kilsənin möminləri tərəfindən ümumi səsvermə yolu ilə irəli sürülən 220 namizəddən ibarət siyahı əsasında seçilirdilər. Bu məclis icra məsuliyyəti konsepsiyasına uyğun olaraq patriarxı təyin edir və onun fəaliyyətinə nəzarət edirdi.[3] Bundan əlavə, öz üzvlərindən 12 nəfərdən ibarət dini məclis seçirdi. Dini məclis monastırlar, ianələr, miraslar və xəstəxanalarla məşğul olurdu. Millət məclisi həmçinin, 20 üzvdən ibarət siyasi məclis seçirdi, o da öz növbəsində iki milli şura formalaşdırırdı.[2] Maliyyə, xərclər və vergilər, sosial məhkəmə işləri və s. sahələr üzrə digər komitələr formalaşdırılmışdır.[3]

Bu islahatlar Konstantinopol ermənilərinə müəyyən qarantiyalar, imperiyada yaşayan ermənilərə isə real dini-mədəni muxtariyyət təmin etmişdir.[2] 4 iyul 1914-cü ildə Məclisin son iclası keçirilmişdir.[4]

  1. Hovanissian, Richard G. (1997) The Armenian People from Ancient to Modern Times. New York. St. Martin's Press, 198
  2. 1 2 3 Mahé, Annie; Mahé, Jean-Pierre. Histoire de l'Arménie des origines à nos jours (fransız). Paris: Éditions Perrin. 2012. 432–433. ISBN 978-2-262-02675-2.
  3. 1 2 Dédéyan, Gérard. L'Arménie et l'éveil des nationalités (1800-1914) // Histoire du peuple arménien (fransız). Privat. 2007. 475–521. ISBN 978-2708968745.
  4. Kévorkian, Raymond. Le Génocide des Arméniens (fransız). Éditions Odile Jacob. 2006. ISBN 978-2-7381-1830-1. 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-11.