Millət-i Erməniyan

Millət-i Erməniyan (türk. Millet-i Ermeniyân; mənası – "erməni milləti") — Erməni Həvari kilsəsinin Osmanlı imperiyasındakı milləti (muxtar etnodini icması). İlkin olaraq bura təkcə Osmanlı imperiyasında yaşayan ermənilər deyil, Qibti Pravoslav Kilsəsi, Xaldey Katolik Kilsəsi, Efiopiya Pravoslav KilsəsiSüryani Pravoslav Kilsəsi kimi digər xristian kilsələrinin üzvləri də daxil idi. Bu qrupların əksəriyyəti XIX əsrdə öz millətlərini əldə etmişdilər.[1] II Mehmed onları ortodoks xristianlıq ilə bağlı fikir ayrılıqlarına görə yunan ortodokslarından ayırmışdır.[2] Millət üzvləri nəinki müstəqil şəkildə işləri idarə edə bilirdilər, həm də islam məhkəmələrinə iş qaldıra biləcək hüquqi statusa malik idilər.[3] Erməni millətinin çoxlu sayda insan üzərində hökmranlıq etmək imkanı yox idi və erməni patriarxının Anadoludan bu qədər uzaqda olan İstanbulda heç bir real nüfuzu yox idi.[2]

  1. Suny, Ronald Grigor. "They can live in the desert but nowhere else" : a history of the Armenian genocide. Princeton. 2015. 48. ISBN 978-1-4008-6558-1. OCLC 903685759. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14.
  2. 1 2 Sharkey, Heather J. A history of Muslims, Christians, and Jews in the Middle East. Cambridge, United Kingdom. 2017. 85. ISBN 978-0-521-76937-2. OCLC 995805601.
  3. ed., Greene, Molly. Minorities in the Ottoman Empire. Markus Wiener Publishers. 2013. 47. ISBN 978-1-55876-228-2. OCLC 1154080153. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-14. ([[:Category:|link]])[[Category:]]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  •  Barkey, Karen; Gavrilis, George. "The Ottoman Millet System: Non-Territorial Autonomy and its Contemporary Legacy". Ethnopolitics. 15 (1). 2016: 24–42. doi:10.1080/17449057.2015.1101845.
  •  Kasymov, Shavkat. "The example of the Armenian genocide and the role of the millet system in its execution". Social Identities. 19 (1). 2013: 3–12. doi:10.1080/13504630.2012.753339.
  •  Koçunyan, Aylin. "The Millet System and the Challenge of Other Confessional Models, 1856–1865". Ab Imperio. 2017 (1). 2017: 59–85. doi:10.1353/imp.2017.0004.