Erməni quşarmudu

Erməni quşarmudu (lat. Sorbus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Erməni quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Türkiyədə, Asiyada, Qafqazda, Rusiyada, Ukraynada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Kol və ya alçaqboylu ağacdır. Yarpaqları yumurtavarı, ellipsvarı və ya uzunsov ellipsvaridir. Üstdən tünd yaşıl və çılpaq, altdan bozumtul və ya ağ rəngli, sıx keçətükcüklüdür. Yan damarlarının sayı 9-10 cütdür, onlar yarpağın altında aydın seçilir. Çiçək qrupu çoxçiçəklidir. Kasacığın kənarları sivri üçbucaq şəkillidir. Ləçəkləri ağ, yumurtavarıdır. Meyvələri 1,0-1,2 sm uzunluğunda, 0,8-1,1 sm enində olub, oval və ya dairəvidir, tək-tək və ya 3-7 ədədi birlikdə qalxanlarda toplanmışdır. Yetişmiş meyvələri qırmızı olub, quruduqda göyərir. May-iyun aylarında çiçək açır, sentyabr-oktyabrda meyvələri yetişir.

Orta və yüksək dağlıq qurşaqlarda dəniz səviyyəsindən 1500-2300 m hündürlüklərdə daşlı-qayalı yamaclarda, arid seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxcıvan MR-da Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə palıd, yemişan, alma, armud, zirinc və s. növləri ilə birlikdə və ya tək-tək, Şahbuz rayonunun Biçənək ərazisində yayılmışdır.