Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi | |
---|---|
Türkcə:Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi | |
| |
Ölkə | Türkiyə |
Yerləşir | İğdır |
Hündürlüyü | 43,5 m[1] |
Material | mərmər[1], Keramika[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir.[2]
Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır".[3][4]
350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir. Yerdən yüksəkliyi 43.5 metrdir. Buna görə də, Türkiyənin ən hündür abdəsidir. Muzeyin giriş qapısı Səlcuqlu ənənələrinə görə tikilmişdir. Abidə üçbucaq ərazinin kəsişmə nöqtəsində yüksəlməkdədir. Süni bir təpənin ortasında yerləşdirilən 5 qılıncın da əyri ucları yuxarıda birləşərək qübbə şəklini almaqdadır. Bu halıyla Səlcuqlu türbələrini xatırlatmaqdadır.[5]
Qəbzələrin xarici üzlərindəki hər qılıncda bir döyüşçü fiquru vardır. Döyüşçüfiqurları fərqlidir. Hər qılınc qəbzəsində bir tarixi dövrün döyüşçüsü təsvir edilmişdir. Bunlar növbə ilə Hun, Göytürk, Səlcuq, Osmanlı və Türkiyə döyüşçüləridir.
Abidənin çevrə divarları Əhlət daşından hörülmüş və divarların üzəri döymə dəmirlərlə bəzədilmişdir. Muzeyin qapı, pəncərə və şkafları şabalıq ağacından hazırlanmışdır. Qılınclar İtaliyadan alınmış "Bianco Maris" adı ilə tanınan Çin qraniti ilə örtülmüşdür.[6]
Muzeydə ermənilərin toplu öldürmələrinə sübutlar təqdim edən və "Erməni soyqırımı"nı rəddedən sənədlər və əşyalar vardır. Muzeyin girişinin sağ tərəfindəki otaqda qətliamlara aid fotolar, sol tərəfindəki otaqda isə soyqırım araşdırmaları üçün bir kitabxana vardır. Muzeydə 570 ədəd kitab, 260 ədəd cinayət şəkilləri, 1973–1985-ci illər arasında, bəzi ölklərin terror təşkilatları siyahısında yer alan erməni ASALA tərəfindən öldürülən diplomatların şəkillər qorunmaqdadır.