Ermənistan–Kipr münasibətləri

Ermənistan—Kipr münasibətləriKiprErmənistan arasında iki tərəfli diplomatik əlaqələr həmişə yaxın olmuşdur. Kipr Qondarma Erməni Soyqırımının tanınması, iqtisadi sabitlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanı dəstəkləyir. Ermənistan 1974-cü ildə Kipr Sülh Hərəkatından sonra birləşmiş Kiprin tərəfdarıdır və Kipr münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Ermənistan—Kipr münasibətləri
Kipr və Ermənistan
 Kipr  Ermənistan

Bu gün Ermənistan və Kipr arasındakı münasibətlər ticarət, hərbi, kəşfiyyat xidmətləri, xarici siyasət və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir[1].

Çağdaş münasibətlər[redaktə | mənbəni redaktə et]

Ermənistan müstəqillik qazandıqdan sonra[redaktə | mənbəni redaktə et]

Dağlıq Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Qondarma Dağlıq Qarabağ Respublikasına dəstək nümayişi, Kipr (1993)

Dağlıq Qarabağ Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə vilayətin Ermənistana birləşdirilməsinə səs verməsindən az sonra Ermənistan və qonşu Azərbaycan arasında millətlərarası qarşıdurmalar başlayır. Ermənistanda 1980-ci illərin sonlarında Qarabağı Ermənistanla birləşdirmək tələbi Sovet İttifaqı dağıldıqca tədricən Dağlıq Qarabağdakı etnik qruplar arasında şiddətli qarşıdurmaya çevrildi. 2011-ci ilin yanvarında Kipr və Ermənistan arasında verilmiş ortaq bəyannamədə, Kipr Respublikasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ölkələrin prezidentlərinin təklif etdiyi elementlər əsasında danışıqlar yolu ilə ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Ermənistanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün konstruktiv səylərini dəstəklədiyini ifadə etdiyi qeyd edildi.

İddia olunan erməni soyqırımının tanınması[redaktə | mənbəni redaktə et]

Kiprin Xarici iİşlər naziri Spiros Kuprianou 25 yanvar 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin iclasında soyqırım məsələsini ilk dəfə qaldırır[2].

Kipr eyni zamanda 24 aprel 1975-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk Avropa ölkəsi (və Uruqvaydan sonra dünyada) olur. Daha sonra 24 aprel Kiprdə Erməni Soyqırımının Milli Anma Günü elan edilir.


Larnakada Qondarma erməni Soyqırımına abidə

1965-ci ildən bəri Kipr dövlət məmurları illik Erməni Soyqırımı anma tədbirlərində iştirak etməyə başladıqdan sonra, kiprli siyasi liderlər tez-tez soyqırımı anma tədbirlərində əsas məruzəçi oldular. Son illərdə adətən Lefkoşa mərkəzindən başlayaraq Strovolosdakı Müqəddəs Tanrı Anası Kilsəsində sona çatan bir yürüş baş tutur. Erməni Soyqırımı şərəfinə abidənin önündə anma tədbiri keçirilir[3].

İki tərəfli əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

İqisadi əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Kipr və Ermənistan biznes forumları iki ölkə arasında ticarət və investisiyaların daha da stimullaşdırılması məqsədi ilə hər il ya Lefkoşa ya da İrəvanda keçirilir. Erməni şirkətlər Kipr şirkətləri ilə əməkdaşlıq edərək Avropa Birliyi və Yaxın Şərq bazarlarına daha təsirli şəkildə genişlənmə əldə edir. Bu əməkdaşlıq qarşılıqlı ola bilər çünki Ermənistan Kiprin iş dünyası üçün Qafqaz ölkələrinə giriş yoluna xidmət edə bilər[4].

Humanitar əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

1988-ci ilin dekabrında Ermənistanda baş verən Spitak zəlzələsindən sonra Kipr Respublikası dərman, həkim və maddi yardım şəklində yardım göndərən ilk ölkələrdən biri olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ARMENIAN PRESIDENT - CYPRUS VISIT". HR NET. 2011-01. 2020-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  2. "Forty Years After A Milestone - Vartkes Sinanian". 2012-04. 2013-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-20.
  3. "Cypriot Parliament Leader Calls for Armenian Genocide Recognition". 2012-11. 2011-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11.
  4. "Armenian Cypriot Business Forum". Cyprus News Agency. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.