Ermənistan–Misir münasibətləri

Misir—Ermənistan münasibətləriMisirErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

Misir—Ermənistan münasibətləri
Misir və Ermənistan
 Misir  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix[redaktə | mənbəni redaktə et]

Ermənistan SSRİ-dən müstəqillik qazandıqdan sonra, Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olur. 1992-ci ildə İkitərəfli Diplomatik Münasibətlərin qurulması haqqında Konvensiya imzalanır. Misirin İrəvandakı səfirliyi 1993-cü ilin mayında, Ermənistanın Qahirədəki səfirliyi isə 1992-ci ilin martında açılır.

İki ölkə arasındakı siyasi münasibətlərdə ən əlamətdar məqam ermənilərin Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bitərəf mövqeyini qiymətləndirməsidir. Eləcə də Misirin Qondarma Erməni Soyqırımı zamanı özlərinə qarşı baş verən qətllərdən qaçan erməniləri qəbul etməsi və onların Misir cəmiyyətinə inteqrasiyasıdır[1] .

Son 20 ildə Ermənistan və Misir əla siyasi, iqtisadi, mədəni, təhsil və elmi əməkdaşlıq qurmağı bacarmışlar. Misir ərəb dünyasında 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ermənistan və Misir 40-dan çox ikitərəfli hüquqi sənəd imzalamışdır. İki ölkə arasında onlarla yüksək səviyyəli rəsmi nümayəndə heyəti qarşılıqlı səfərlər etmiş, bir çox mühüm mədəni və sosial tədbirlər baş tutmuş, iqtisadi əməkdaşlıq layihələrinin inkişafı üçün ortaq səylər göstərilmişdir[2][3].

Qondarma erməni soyqırımın tanınması[redaktə | mənbəni redaktə et]

Erməni-Amerikan qəzeti «Asbarezin» yazdığına görə, 2013-cü ilin sonlarında, o ilin iyul ayının əvvəlində Misir Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra artan Türkiyə-Misir gərginliyi fonunda, bir çox misirli redaksiya məqaləsi hökumətin Qondarma Erməni Soyqırımını inkar etməsini pisləyən yazılar yazır. Bu mövzu Lillian Daoudun ev sahibliyi etdiyi məşhur Misir televiziyası “Əl-Sura Əl-Kamila” tok-şousunda müzakirə edilir[4].


Misir parlamentinin müstəqil üzvü Mustafa Bakri, Qondarma Erməni Soyqırımının tanınmasına çağıran bir qətnamə təqdim edir. Ərəb dilində "Erməniləri kim öldürdü?" sənədli filmi Misirdə istehsal edilmiş və Heliopolis kitabxanasında nümayiş etdirilmişdir.

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi 2019-cu ildə Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında, dolayısı ilə Qondarma Erməni Soyqırımını tanıdı və yüz il əvvəl Misirin "soyqırımdan sonra" erməni qaçqınlarını qəbul etdiyini bildirdi. Bu addım Misirdəki erməni icması tərəfindən məmnuniyyətlə qarşılandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ministry of foreign Affairs - Brief History". Mfa.gov.eg. 2010-05-13. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  2. Azad-Hye. "Azad-Hye Middle East Armenian Portal (Armenia's Independence celebrations in Egypt)". Azad-hye.net. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  3. "Egypt to continue maintaining its balanced stance on Karabakh conflict – intervi". News.am. 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.
  4. "Millions Watch Popular Egyptian Talk Show on the Armenian Genocide". Asbarez.com. 2013-09-10. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-01.