Ermənistan–Sinqapur münasibətləri

Sinqapur—Ermənistan münasibətləriSinqapurErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur.

Sinqapur—Ermənistan münasibətləri
Sinqapur və Ermənistan
 Sinqapur  Ermənistan

Tarix[redaktə | mənbəni redaktə et]

Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı[1].

XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar[2].

Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.

İlk erməni tacir, 1820-ci ildə Sinqapurda məskunlaşan Aristakes Sarkis idi. Digər tacirlər də onu təqib etmişlər. Tezliklə burada 113 erməni müəssisəsi qeydiyyata alınmışdır. Bunlar arasında sürmə və dərman satan bir firma, zinət əşyaları və brilyant satan bir diler, fotostudiyalar şəbəkəsi, hüquq ofisləri, mədən şirkəti, sığorta fondları, restoranlar üstünlük təşkil edirdi. Burada "Ermənistan", "Ararat", "Harutyun Apkar", "Grigor Armen" gəmiləri erməni ailələrinə məxsus donanmaların balansında olmuşdur.

Çağdaş münasibətlər[redaktə | mənbəni redaktə et]

2012-ci ilin fevralında hər iki ölkənin baş nazirləri Sinqapurda bir araya gələrək, iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini və ölkələrində baş verən hadisələri müzakirə etmişlər.

2017-ci ilin iyul ayında Ermənistan və Sinqapur arasında “Ermənistan və Sinqapur hökumətləri arasında hava nəqliyyatı haqqında” müqavilə imzalanmışdır[3].

2018-ci ilin mart ayında Ermənistan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir[4].

7 iyul 2019-cu ildə Ermənistan prezidenti Nikol Paşinyan və xanımı rəsmi səfərlə Sinqapura gəlir. Sinqapurdakı erməni küçəsindəki Aqness Coaxim şərəfinə açılan “Səhləb” abidəsinin açılışında iştirak edirlər. Bu səfər zamanı, iki ölkə arasında turizm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair "İkiqat vergitutmanın qarşısının alınması haqqında Saziş", habelə Anlaşma Memorandumları imzalanıb. Turizmi inkişaf etdirmək üçün Baş Nazirlər Sinqapurda erməni mədəniyyəti günlərinin keçirilməsinə razı olurlar[5].

28 sentyabr 2019-cu ildə Sinqapurun Baş Naziri həyat yoldaşı ilə birlikdə Ermənistana rəsmi səfərə gəlir[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Армянский Сингапур - микрокосм большого мира - 12 Апреля 2009 - Аналитика - новости Украины". analitika.at.ua. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  2. Лилит Арутюнян Sputnik Армения. ""Воплощение сказок Востока": как братья-армяне создали историю в Юго-Восточной Азии". Sputnik Армения (rus). 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  3. "Армения и Сингапур планируют подписать соглашение об авиасообщении". Sputnik Армения (rus). 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  4. "Армения введет безвизовый режим для граждан четырех государств". newsarmenia.am. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  5. "Официальный визит Никола Пашиняна в Республику Сингапур". www.primeminister.am (rus). 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  6. "Пашинян встретился с премьером Сингапура (ВИДЕО)". newsarmenia.am. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.