Ermənistan vətəndaşlığı — şəxsin Ermənistanla onların qarşılıqlı hüquq və vəzifələrinin məcmusunda ifadə olunan sabit hüquqi əlaqəsi.
Ermənistan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Vətəndaşlıq haqqında qanun 1995-ci il noyabrın 6-da qəbul edilib və 2007-ci ildə Ermənistanda ikili vətəndaşlığa icazə verilib.
Ermənistan vətəndaşlığı alınır:
Konstitusiyaya görə, Ermənistan xaricdə yaşayan ermənilərə vətəndaşlıq hüququ verir.
Doğuşdan Ermənistan vətəndaşının alınması:
doğulan zaman hər iki valideyni Ermənistan vətəndaşı olan şəxs;
doğulan zaman valideynlərindən biri Ermənistan vətəndaşı, digər valideyni isə naməlum və ya vətəndaşlığı olmayan şəxs.
Aşağıdakılar Ermənistan vətəndaşları kimi tanınırlar:
Ermənistan vətəndaşlığı olmayan şəxsə aşağıdakı şərtlərlə vətəndaşlıq verilə bilər:
Ermənistan vətəndaşlığı Ermənistanda ən azı 3 il yaşamaq şərti olmadan aşağıdakı hallarda verilə bilər:
Ermənistan vətəndaşlığını qəbul edən şəxs andın ermənicə mətnini oxumalı və imzalamalıdır.
Ermənistanda ikili vətəndaşlığa 26 fevral 2007-ci ildə icazə verilib.
Əksər hallarda ikili vətəndaşlığı olan şəxslər hərbi xidmətdən azad edilmir. Ermənistan vətəndaşlığını qəbul etmiş xarici dövlətin vətəndaşı, Ermənistan vətəndaşlığını qəbul etməzdən əvvəl ən azı 12 ay xarici dövlətin silahlı qüvvələrində xidmət etmiş və ya bir ən azı 18 ay müddətində alternativ mülki xidmət keçmişsə, məcburi hərbi xidmətdən azad edilir[1].
Ermənistan xarici vətəndaşlara 10 il müddətinə rezident statusu almağa icazə verir. O, erməni əsilli əcnəbi vətəndaşlara, habelə Ermənistan dövləti və xalqı qarşısında mühüm xidmətlər göstərmiş və ya Ermənistanda iqtisadi və mədəni fəaliyyətlə məşğul olan digər şəxslərə verilir.
Rezident statusu almış şəxslərə xüsusi Ermənistan pasportları verilir. Onlardan Ermənistana getmək üçün artıq giriş vizası tələb olunmur. Ermənistanda olarkən sakinlər Ermənistan qanunvericiliyinin tam müdafiəsindən istifadə edir, həmçinin Ermənistan vətəndaşlarının seçmək, seçilmək və siyasi təşkilatlara üzv olmaq hüququ istisna olmaqla, bütün hüquq və öhdəliklərinə malikdirlər. Reziden statusu alanlar Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdən azad edilirlər. Bununla belə, xüsusi pasport Ermənistan pasportu sahibləri üçün vizasız gediş-gəlişi təmin edən digər dövlətlər üçün viza tələblərini ləğv etmir. Bu ölkələrə səyahət etmək üçün xüsusi pasport sahibinin vətəndaşı olduğu dövlətin pasportundan istifadə etməsi tələb olunur.
2017-ci ildə Ermənistan vətəndaşları 58 ölkəyə vizasız səyahətdən istifadə ediblər. Pasport İndeksinə görə, Ermənistan pasportu səyahət azadlığına görə 78-ci yerdədir[2].