Ermak (Mortal Kombat)

Ermak
Ümumi məlumatlar
Adı: Ermak
Orijinal adı: ing. Ermac
Yaradıcı:
İlk görünüş: Ultimate Mortal Kombat 3
Səsləndirən: Con Turk (UMK3, MKT), Con Medlen (MKAn)
Xüsusiyyətləri
Ailə:
Cins: Kişi
Dostları: Şao Kannın tərəfdarları
Düşmənləri: Kunq Laonun tərəfdarları
Silah:
Ləqəbləri:
Görünüş: İnsan
Döyüş növü: Hua Çuan
Dünya: Yaxşı
Doğum yeri: Yer
Məşğuliyyəti:
Qabiliyyəti:

Ermak (ing. Ermac) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.

Ermak haqqında ilk məlumatlar

[redaktə | mənbəni redaktə et]

Bir sıra jurnallarda Ermak personajının Mortal Kombat videooyunun birinci hissəsində gəldiyini dərc edirdilər. Əslində, Ermak personajı səhv nəticəsində yaranmışdır. "Skorpion" personajının qırmızı rəngə boyanan zaman oyunda belə bir ifadə çıxmışdır: "Error Mace". Məhz bu sözün sayəsində həmin personaj "Ermak" adını qazanmışdır.

Ermak personajı bir çox ruhların birləşməsindən yaranmışdır. Kano-nun qulu olmuşdur. Ondan yaxşı qatil çıxırdı. Bu halından normal hala dönməsini isə gözləri görməyən, yaxşı qılınc oynadan Kenşi təmin etmişdir. Ermak bunun əvəzində ona telekinezanı öyrətmişdir. Kanodan qisas almaq üçün Liu Kenqin ruhu ilə birləşərək, Şao Kannın əsgərlərinə qarşı vuruşmağa başlayır.

Mortal Kombat: Armageddon

[redaktə | mənbəni redaktə et]

Oyunun bu hissəsində Bleyz üzərində qələbə çaldıqdan sonra onun gücü Ermakı bir çox döyüşçüyə ayırır. Onların hamısının beyinləri bir ümumi beyin ətrafında birləşmişdir.

Mortal Kombat (2011)

[redaktə | mənbəni redaktə et]

Oyunun bu hissəsində onların ağlı artıq bir ağıl ətrafında birləşməmişdir. Lakin onların ruhları kral Cerrod ətrafında birləşmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]