Ernst Heltser (alm. Ernst Hoeltzer; 7 yanvar 1835 və ya 1835[1] – 3 iyul 1911[2], İsfahan) — Almaniya teleqrafı və fotoqrafı. O, Qacarlar sülaləsində Nasirəddin şahın hakimiyyəti dövründə İrana gəlmiş və 20 ilə yaxın (1871–1898) İsfahanda yaşamışdır.[3] O, şəhərin və onun ətrafındakı yerlərin tarixi fotolarını çəkmişdir.[4]
Ernst Heltser | |
---|---|
Doğum tarixi | 7 yanvar 1835 və ya 1835[1] |
Vəfat tarixi | 3 iyul 1911[2] |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Ernst Heltser 7 yanvar 1835-ci ildə Türingiyanın Klyaynşmalkalden şəhərində anadan olmuşdur. 1844–1848-ci illərdə Şnepfental Zaltsmann məktəbində oxumuşdur. İrana getməzdən əvvəl Heltser Aralıq dənizində "Siemens & Halske" kabel şirkətində işləmişdir.[5] Heltserə İsfahandakı britaniyalılar tərəfindən bu şəhərdəki teleqraf mərkəzini idarə etmək tapşırığı verilmişdir. 1867-ci ildə iş tamamlandıqdan sonra o, Almaniyaya qısa bir səfər etmiş və burada fotoqrafiya ilə tanış olmuşdur. Fotoaparat və digər avadanlıqlar alıb İrana aparmışdır. 1873–1897-ci illərdə Heltser İranda minlərlə fotoşəkil çəkmişdir. Fotoların əksəriyyəti İsfahanda çəkilmiş, lakin bir neçəsində Tehran, Qum, Sultaniyə və Kaşandakı yerlər də var.[6]