Vanatur zımbırtikanı (lat. Eryngium wanaturi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür.
Vanatur zımbırtikanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Vanatur zımbırtikanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır.
Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir. Meyvələri tikanlıdır.
Çiçəkləmə iyun, meyvəvermə iyul aylarına təsadüf edir. Mezokserofit bitkidir. 1500-1700 m dəniz səviyyəsi hündürlüyündə yayılmışdır, tək-tək halda müşahidə edilir. Çay kənarlarında, otlu yamaclarda və subalp çəmənlərdə rast gəlinir.
Naxçıvanın dağlıq hissəsidir (Şahbuz rayonu — Küküdağ (Dərəboğaz), Culfa rayonu — Aracıq dağ (Xəzinədərə), Ordubad rayonu — Parağa kəndi ətrafı).
Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Antropogen amillər və iqlim.
Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir.