Yapışqanyarpaq qırmızı eskalloniya (lat. Escallonia rubra var. glutinosa) — bitkilər aləminin eskalloniyaçiçəklilər dəstəsinin eskalloniyakimilər fəsiləsinin eskalloniya cinsinin qırmızı eskalloniya növünə aid bitki yarımnövü.
Yapışqanyarpaq qırmızı eskalloniya | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yapışqanyarpaq qırmızı eskalloniya |
||||
Beynəlxalq elmi adı | ||||
|
Cənubi Amerikanın orta qurşağında, xüsusilə Çində təsadüf edilir.
Hündülüyü 1,5 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Yarpaqları yapışqanlı, yumurtavarı və tünd-yaşıl olur. Çiçəkləri ağdır, oktyabrda çiçəkliyir. Meyvəsi 2–3 yuvalı çox toxumlu qutucuqdur.
Torpağa az tələbkar, quraqlığa, günəşə, şaxtayadavamlı və işıqsevən bitkidir. Torpağın əhəngləşməsinə dözür. Düzənliklərdə və dağ yamaclarında bitir. Çox suvarılma tələb etmir. Al-qırmızı, Stereum cücüsünün zədələdiyi bitkinin yarpaqları metal rəngli olur. Bu halda zədələnmiş hissələri təmizləmək lazımdır.
Mərdəkan dendrarisində introduksiya edilmişdir.
Eskalloniya açıq torpaqda kiçik qrup əkinlərində, canlı çəpərlərdə və ya bordürlərdə, gözəl çiçəkləyən və dekorativ bitki kimi becərilir.