Escapist Magazine

"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir.

The Escapist
URL escapistmagazine.com
Tipi jurnal
Dilləri ingilis dili
Açılma tarixi 2005
Alexa reytinqi
  • 8.523 (29 noyabr 2017)[1]

Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir.[2] 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur,[3] sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts,[4] 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts,[5] 14 iyun 2013-cü il tarixdə Suzan Arendt,[6] 21 yanvar 2015-ci il tarixinə Qreq Tito[7] öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır.[8] İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.[9]

9 iyul 2007-ci ildə sayt yeni dizaynla yenidən fəaliyyətə başlamışdır. O vaxtdan etibarən nəşrlərin PDF formatında həftəlik buraxılışı dayandırılmış, məqalələrin nəşri davamlı olmuşdur.[10] Sayt həftə ərzində mövzu konsepsiyasını saxlasa və nəşr cədvəlini dəyişməsə də, daha çox oyun resenziyası və redaktorların məqalələrini dərc etməyə başlamışdır. Əhəmiyyətli bir yenilik "Zero Punctuation" layihəsi idi. Bu layihə ziyarətçilərin sayını dörd dəfə artırmışdır.[11]

15 noyabr 2012-ci ildə Themis Media-dan jurnalın Alloy Digital tərəfindən açıqlanmayan bir məbləğə alınması elan edildi . 2014-cü ildə Alloy media yeni adı Defy Media altında Break Media ilə birləşdi. 2018-ci ildə jurnal Destructoid jurnalının sahibi olan Enthusiast Gaming-ə yenidən satıldı; ardınca baş redaktor Russ Pitts altında saytın yenidən fəaliyyətə başlaması.

"The Escapist" 2008-ci ilin may ayında "Vebbi" mükafatına layiq görülmüş və istifadəçilər tərəfindən ən yaxşı videooyun saytı seçiımişdir. 2009-cu il də jurnalın oxucuları ilə "GameSpot" istifadəçiləri arasında uzun sürən mübarizədən sonra sayta bu mükafatı gətirmişdir. 2011-ci ildə yenə də "Ən uaxşı videooyun saytı, "İstifadəçilər tərəfindən ən Yaxşı videooyun saytı və "İstifadəçilər tərəfindən ən taxşı həyat tərzi saytı" kateqoriyalarında üç Webby Mükafatını qazanmışdır.[12][13][14][15] Bundan əlavə, "The Escapist" 2009-cu ildə ən yaxşı elektron jurnal kateqoriyasında Mashable Open Web Mükafatını qazanmışdır.[16] 2011-ci ildə "Time" jurnalının 50 ən yaxşı saytından biri seçilmişdir.[17]

  1. Alexa Internet (ing.). 1996.
  2. Julianne Greer. "Issue 1 PDF" (PDF). The Escapist. July 12, 2005. May 13, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-03-14.
  3. Julianne Greer. "Editor's Note: Canadian Makin'". The Escapist. June 30, 2009. September 3, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-29.
  4. Russ Pitts. "Editor's Note: Goodbye is Still Goodbye". The Escapist. 2013-05-13 tarixində arxivləşdirilib.
  5. Steve Butts. "Editor's Note: An Escapist Farewell". The Escapist. 2013-05-13 tarixində arxivləşdirilib.
  6. Susan Arendt. "Farewell, Escapist". The Escapist. 2015-02-08 tarixində arxivləşdirilib.
  7. Tito, Greg. "Leaving The Escapist". 21 January 2015. 8 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2015.
  8. "About Us". The Escapist. 2012-10-05 tarixində arxivləşdirilib.
  9. "The Escapist Escapes From Pseudo-Print Chains". GameSetWatch/CMP. July 13, 2006. October 18, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-13.
  10. Julianne Greer. "Editor's Note: Pens, Paper and Pretzels". The Escapist. July 9, 2006. October 2, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-28.
  11. "Zero Punctuation Equals Millions of Views". NewTeeVee. 2008-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-07.
  12. "Webby Nominees". Webbyawards.com. 2011-10-28. 2011-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
  13. "Webby Nominees". Webbyawards.com. 2009-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
  14. "Webby Nominees". Webbyawards.com. 2011-10-28. 2011-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
  15. "Webby Nominees". Webbyawards.com. 2011-10-28. 2011-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-24.
  16. "Open Web Awards 2009". Mashable. 2009. 2013-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-14.
  17. "The 50 Best Websites of 2011". Time Magazine. 2011-08-16. 2013-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]