Esege

Esege Malan Tanrı (buryatca keçəlin atası) - Buryat mifologiyasında 55 qərb (xeyir) tanrısından biri, digər varianta görə isə 99 tanrının rəhbəridir. Digər adları Esege Burxan və Esege Malan Babaydır. Malan sözü keçəlliyi ifadə edər. Keçəllik türk və monqol mədəniyyətlərində gücü ifadə edir. Xuxe-Minxe Tanrının oğludur. Bir sıra rəvayətlərdə göyə köçməzdən əvvəl yerdə, insanların arasında yaşamışdır. Sakit, günəşli havanı simvolizə edir. Oğlu Çulpan Xandır. Qədim monqol dilində, Esege (İsegey) yəni "Ata" olaraq təyin olunar. Məsələn Yakutlar Ayzıt üçün də İsegey ünvanını istifadə edərlər. Giləklərdəki Yitsigey də bənzərliklər daşıyır. Tungusların Eskeri adlı yaradıcı Tanrılarını da ağla gətirir. Eskeri suların içindən palçıq çıxararaq dünyanı yaratmışdır.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Es/Ez) kökündən törəmişdir. Ata, ata mənaları vardır. Türkçe Es / Ez / Is sahib köküylede əlaqəlidir. Yesüge / Yesügey / Yasaga isə qanunlara bağlı olan, qanun qoyan deməkdir. Qıdim monqol dilindəki etiğe (Müasir monqolcada Eçeg / Ezeg) sözü ata mənasını verər.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]