Eskapizm (ing. escape - qaçmaq, uzaqlaşmaq) — insanların, bütövlükdə, cəmiyyətin reallıqlardan uzaqlaşaraq, illüziyalar, fantaziyalar aləminə qapılması.[1]
Eskapizm gündәlik hәyatın xoşagәlmәz hallarından әylәncә vә istirahәt vasitәsilә әqli yayınmadır. Psixoloji travmalar, gәrgin işlәr zamanı qazanılan stressә cavab reaksiyası kimi meydana çıxır. Eskapizmin mәqsәdi insanları gündәlik hәyat sıxıntılarından uzaqlaşdırmaqdır. Sağlam hәyatın tәrkib hissәlәri (yemәk, yatmaq, idman vә s.) eskapizmin vasitәsi ola bilәr. Eskapizm zamanı sosial reallıqlardan uzaqlaşmaq, dünyanı öz xәyalındakı kimi tәsәvvür etmәk vә s. hallar meydana gәlir. Ziqmund Freyd reallıqdan uzaqlaşdıran fantaziyaların payını insanların hәyatında zәruri element hesab edirdi: “Onlar real hәyatdan aldıqları yoxsul mәmnunluqda mövcud ola bilmirlәr”. Klayv Steyplz Lyuisin (1898–1963) fikrinә görә, eskapizm xәyal potensialını möhkәmlәndirmәyә vә zәnginlәşdirmәyә xidmәt edә bilәr. Yazıçı Con Tolkin eskapizmә reallıqdan “ikinci (xәyali) dünyaya” keçid kimi baxırdı.