Eskulap — Azərbaycan rok qrupu.
Eskulap | |
---|---|
Əsas məlumatlar | |
Üslub | rok |
Fəaliyyət illəri | 1966—1972 |
Ölkə | Azərbaycan SSR |
Heyət |
Eldar Bağırov Murad Vəzirov Vais Səmədov Əli Babayev Cəbrayıl Məstanov Abbas Vəlibəyov Emin Seyidəliyev Mehdi Əliyev Fuad Vəlibəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Rafiq Babayev "Eskulap" qrupunu 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib: Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vaiz Səmədov (vokal), Əli Babayev (piano), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). "Eskulap" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi.[1]
1966-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilən festivalda Vaiz Səmədov vokalçılar arasında birinci yerə layiq görülür. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında "Eskulap" 2-ci yeri "Eksperiment OK" qrupu ilə bölüşür. 1969 və 1971-ci illərdə "Qızıl Payız" festivallarının laureatı olan qrup üzvləri diplom və medalla təltif edilir. 1971-ci ildə "Gün keçdi" filmində ekranlarda görünən[2], həmin dövrdə keçirilən bir çox müsabiqə və festivallarda iştirak edən "Eskulap" qrupu 1972-ci ildən fəaliyyətini dayandırır.[1]