Essekibo çayı

Essekibo (ing. Essequibo) — Qayana ərazisindən axan çay. Uzunluğu 1000 km təkil edir. Sipu və Çokidor çaylarının birləşməsindən əmələ gəlir. Mənbə ölkənin cənubunda Akaray silsiləsində yerləşir.

Essekibo çayı
ing. Essequibo
Ölkə  Qayana
Mənsəbi Atlantik okeanı
 • Yüksəkliyi 0 m
Uzunluğu 1000 km
Su sərfi 2.104 m³/s
Su hövzəsi Atlantik okeanı
Hövzəsinin sahəsi 155.000 km²
Essekibo çayı (Qayana)
mənbəyi
mənsəbi
Essekibo çayı Qayana xəritəsində:

1°25′04″ şm. e. 58°48′12″ q. u.HGYO

6°58′27″ şm. e. 58°24′05″ q. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimala doğru rütubətli meşə və savannadan axır. Axarı boyunca orta və aşağı hissələrdə adalar əmələ gətirir. Corctaundan 21 km şimalda Atlantik okeana tökülür. mənsəbində eni 20 km olan estuari əmələ gətirir (Xoq, Lequan). Estuariyə Kyuni və Mazarubi çayları tökülür. Venesuela Essekibonun sol sahilini öz ərazisi hesab edir (Qayananın 60 % ərazisi) və bölgəni Qayana-Essekibo ştatı adlandırır.