Esseksit həmçinin nefelin monzogabbro da adlandırılır[1][2], tutqun boz və ya qara holokristallik maqmatik süxur. Adı ABŞ-nin Massaçusets ştatındakı Esseks kəndindən götürülmüşdür.
Streckeisenin (1974) QAPF diaqramına əsasən esseksit nefelinin bolluğundan və ortokolazın plagioklaza nisbətindən asılı olaraq nefelin monzodiorit və ya nefelin monzogabbro kimi bilinir.[3]
Əsasi, yaxud orta sıralı plaqioklazlar, bir qədər ortoklaz, bənövşəyi (titanlı) və ya yaşılı klinopiroksen (bəzən hər ikisi), qırmızımtıl qonür biotit və barkevigit hornblendi, az miqdarda nefelin, kankrinit, sodalit, törəmə analsim, bəzən olivindən təşkil olunmuşdur[4].