Analsim (yun. άναλkις – zəif, zəif elektrikləşmə xüsusiyyətinə görə) – Na [AlSi2O6]· H2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir
Analsim | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Na(AlSi₂O₆)·H₂O[1] |
Strunz təsnifatı | VIII/F.02[2] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d][3] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Rəng – rəngsiz, yaxud bozumtul, sarımtıl, yaşılımtıl çalarlı ağ, bəzən Fe oksidləri qarışığından asılı olaraq ətrəngi-qırmızı olur; Mineralın cizgisinin rəngi– ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,24-2,31; Sərtlik – 5,5; Kövrəkdir; Ayrılma – bəzən {100} üzrə olduqca qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – sürtüldikdə və qızdırıldıqda zəif elektrikləşmə; molekulyar ələk xassəsi; Morfologiya – kristallar: tetraqon-trioktaedrik, bəzən heksaedrlə kombinasiyada; İkiləşmə: {001}və {110} üzrə polisintetik; Mineral aqreqatları: dənəvər, radial-şüalı, sıx kütlələr, jeodalar, druzalar, kristallik qabıqlar.
Maqmatik analsim teşenitlər, esseksitlər, siyenitlər və doleritlər üçün səciyyəvidir. Mineralın hidrotermal əmələgəlmələri adətən qələvi effuziv və intruziv əmələgəlmələrdə qeyd edilir. Mineralın qələvi süxur peqmatitlərindəki yığınlarında o, əsasən nefelini əvəzləyir. Autigen - diagenetik analsim bəzi çökmə əmələgəlmələrdə–qumdaşlarında, argillitlərdə, gilli süxurlarda, göl çöküntülərində, torpaqda, kömür yataqlarında geniş yayılmışdır. Birlikdə rast gəldiyi minerallar: kalsit, prenit, xlorit, illit, həmçinin natrolit, şabazit, tomsonit və başqa seolitlər. Mineralın tapıldığı yerlər: Siklop adaları (İtaliya); Sankt-Andreasberq (Almaniya); Rodop dağları (Bolqarıstan); İlmen dağları (Rusiya); Kutaisi rayonu (Gürcüstan); Berqen-Hill (ABŞ); Oaxu adası; Havay adaları və b. Azərbaycanda Dağlıq Talışda, Dağlıq Qarabağda, Qubadlı, Göy-Göl, Göranboy, Laçın rayonlarında, Naxçıvan MR-nın, Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərinin bir çox məntəqələrində tapılmışdır.