Estafet (film, 1982)

Elə bir ev tapmaq çətindir ki, orada saralmış əsgər məktubları-ata və babalarımızın üçbucaq cəbhə məktubları saxlanılmasın. Əfsanəvi general Həzi Aslanov, qorxmaz Qafur Məmmədov, Gəray Əsədov, minlərlə digər cəsur azərbaycanlı öz əzizlərinə cəbhədən məktublar göndərmişdir. İndi həmin qəhrəmanların övladlarının taleyi necə qurulub? Övladlar öz atalarının yolunu necə davam etdirirlər? Film-reportaj, film-axtarış bu barədədir.

Estafet
Janr sənədli film
Rejissor Niyazi Bədəlov
Ssenari müəllifləri Niyazi Bədəlov
Rəfael Şik
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1982
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
Dil rusca
İl 1982
Texniki məlumatlar 2 hissə
565 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Stalinqrad ətrafında faşist işğalçılarının darmadağın olunmasının 40 illiyinə həsr edilən kinolentdə ata-babalarımızın şöhrət yolundan, gənclərin şanlı ənənələri ləyaqətlə davam etdirmələrindən söhbət açılır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Niyazi Bədəlov
Ssenari müəllifi: Niyazi Bədəlov, Rəfael Şik
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Firudin Hüseynov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 327.