Ester Hayut (ivr. אֶסְתֵּר חַיּוּת; 16 oktyabr 1953[1], Herzliya, Təl-Əviv dairəsi və ya İsrail) — İsrail Ali Məhkəməsinin baş hakimidir . O, 2017-ci ilin oktyabr ayının 26-da vəzifəyə gəlib və 2023-cü ilin oktyabrına qədər bu vəzifədə qalacağı gözlənilir.[2]
Ester Hayut | |
---|---|
ivr. אסתר חיות | |
| |
26 oktyabr 2017 – 16 oktyabr 2023 | |
Əvvəlki | Miriam Naor |
Şəxsi məlumatlar | |
Doğum adı | Esther Avni |
Doğum tarixi | 16 oktyabr 1953[1] (71 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | vəkil, hakim |
Vikianbarda əlaqəli mediafayllar |
Ester "Esti" Avni İsrailin Herzliya şəhərində, Rumıniyalı Holokostdan sağ çıxan Yehuda və Yehudit Avninin ailəsində anadan olub.[3] Valideynləri gənc olanda boşanıblar və atası Böyük Britaniyaya mühacirət edib. 17 yaşında o, yenidən evlənmiş anası ilə yaşamaq üçün Eylat şəhərinə köçmüşdür. 1971-ci ildə Eylatda orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra İsrail Müdafiə Qüvvələrinə qoşulub.[4] Ordudan ayrıldıqdan sonra Hayut Təl-Əviv Universitetində hüquq fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib.[5][6] Hüquq təhsili zamanı o, əri olacaq David Hayutla tanış oldu. Hayut İsrailin keçmiş ədliyyə naziri Haim Yosef Zadokun hüquq bürosunda təcrübə keçib və 1977–1985-ci illərdə vəkilin köməkçisi kimi işləməyə davam edib. Bürodan ayrıldıqdan sonra Hayut, əri ilə ticarətdə ixtisaslaşmış müstəqil ofis açıb.
1990-cı ilin mart ayında O, Təl-Əviv Sülh Məhkəməsinin[5] hakimi təyin edilmişdir, daha sonra isə Təl-Əviv rayon Məhkəməsinə təyin edildi.[7] 2003-cü ilin mart ayında İsrail Ali Məhkəməsinin üzvü təyin edilib.
2015-ci ilin may ayında, Hayut, 20-ci Knesset Mərkəzi Seçki Komitəsinin sədri təyin edilib.[8]
Hayut 2017-ci ildə Miriam Naorun yerinə İsrail Ali Məhkəməsinin sədri təyin edilib və 2023-cü ilə qədər bu vəzifədə olacağı gözlənilir.[9]