Esterqon qalası

Esterqon qalası — (macarca: Esztergomi vár) Macarıstanın paytaxtı Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində yerləşən qala.

Esterqon qalası
Esztergomi vár
Xəritə
47°47′52″ şm. e. 18°44′12″ ş. u.HGYO
Ölkə  Macarıstan
Yerləşir Budapeşt şəhərinin 60 km şimal qərbində Dunay çayı sahilində
Tikilmə tarixi XIII əsr
Estergon qalası (Macarıstan)
Estergon qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MacarıstanOsmanlı tarixində böyük bir əhəmiyyət daşıyır. XIII əsrin inşa edilən qala, Macarıstanın tarixində inşa edilmiş ilk əhəmiyyətli tikililərdən biridir. 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi olmuştur[1]..

Osmanlı Dövləti ilk dəfə 1543-cü ildə o zaman avstriyalıların tabeçiliyində olan qalanı ələ keçirdilər. 1595-ci ildə Osmanlıların qala təslim etmək məcburiyyətində qalmasından sonra haqqında tarkülər oxunmuşdu[2].. 1605-ci ildə yenidən tutulan qala, 1683-cü ildə qəti olaraq Osmanlı hakimiyyətindən çıxdı. Günümüzdə bir turist mərkəzidir.

Esterqon qalası, 1241-ci ildə Monqol istilasına qədər Macar Krallığının inzibati və dini mərkəzi idi. Kral IV Bela 1256-cı ildə paytaxtı Buduna köçürtdü və qala din xadimlərinin idarəçiliyinə verildi. Arxiyepiskopluq məqamının yerləşdiyi tikili, günümüzdə muzeydir.

Qala, 1530-cu ildə Avstriya Kralı Ferdinand tərəfindən zəbt edilib.

Osmanlılar tərəfindən ilk fəthi

[redaktə | mənbəni redaktə et]

Macar Kralı Yanoş Szapolyainin 1540-cı ildə ölümünün ardınca Avstriyalılar ilə Osmanlılar arasında Macarıstanın rəhbərliyi məsələsində bir rəqabət başladı. Daha əvvəl Budinu və Peşteyi fəth edən Osmanlı sultanı Qanuni Sultan Süleyman, 1543-cü ilin aprel ayının sonlarında Ədirnədən yola çıxdı və 29 iyul 1543-cü ildə ordusu ilə Esterqon qalasını mühasirəyə aldı[3].

Esterqon qalası, ilk dəfə 10 avqust 1543-cü ildə 12 günlük mühasirədən sonra Qanuni Sultan Süleymanın komandanlığı altındakı Osmanlı ordusu tərəfindən ələ keçirildi. Qalanın yerləşdiyi ərazi yeni bir bəylərbəylik halına gətirilərək Budin bəylərbəyliyi oldu.

İlk dəfə Osmanlı rəhbərliyindən çıxması

[redaktə | mənbəni redaktə et]

Qala, 4 avqust 1595-ci ildə[4] Alman, Polşa və Venesiyalılardan ibarət böyük bir ordu tərəfindən mühasirəyə alındı. Sokolluzadə Lələ Mehmed Paşanın komandanlığındakı kiçik bir ordu qala müdafiə edirdi. Ancaq kömək gəlmdiyi üçün aclıq və susuzluq səbəbindən 2 sentyabr 1595-ci ildə təslim olmaq məcburiyyətində qaldı. Hadisəyə şəxsən şahidlik edən Osmanlı tarixçisi İbrahim Peçevi tərəfindən qeyd edilən müdafiə, Esterqon qalası Nəğməsinin ilham mənbəyidir.

Esterqon qalasının çevrəsi

İkinci dəfə Osmanlılar tərəfindən fəthi

[redaktə | mənbəni redaktə et]

Qalanı geri almaq istəyən Osmanlılar 1605-ci ildə yenidən qalanı mühasirəyə aldılar[5]. Bu dəfə Sədrəzəm vəzifəsinə gətirilmiş olan Sokolluzadə Lələ Mehmed Paşa, bir aylıq mühasirədən sonra qalanı 3 oktyabr 1605-ci il tarixində ələ keçirdi. Qala bu tarixdən sonra 78 il daha Osmanlıların əlində qaldı.

Osmanlı idarəçiliyindən çıxması

[redaktə | mənbəni redaktə et]

1683-cü ildə Osmanlıların II Vyana mühasirəsinin uğursuzluğa uğramasından sonra Avropa dövlətlərinin Müqəddəs İttifaqı yaradaraq Macarıstanı Osmanlıların əlindən alması nəticəsində Esterqon qalası 1 noyabr 1683-cü ildə həmişəlik olaraq Osmanlı hakimiyyətindən çıxdı[6].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Estzergom.hu sitesi, The history of our town (İngilizce), Erişim tarihi:12.12.2011". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  2. "İsmail Tosun Saral, Kalelerden Estergon Kalesi, Osmanlı Araştırmaları web sitesi, Erişim tarihi:12.12.2011". 2018-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  3. "ESTERGON KALESİ FETHİ". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  4. "Osmanlı tarihi kronolojisi, Kanuni Sultan Süleyman, Erişim tarihi:12.12.2011". 2012-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
  5. Osmanlı tarihi kronolojisi, I. Ahmet, Erişim tarihi:12.12.2011 [ölü keçid]
  6. Osmanlı tarihi kronolojisi, Sultan IV. Mehmet Han, Erişim tarihi:12.12.2011[ölü keçid]