Estetçilik — fəlsəfədə qədimlərdə gözəllik haqqında elm sayılmış estetika (yunanca hiss, duyğu) sözündəndir.
Estetçilik ədəbiyyatı gözəlliyik kateqoriyası ilə bağlayan bir termin kimi işlənir. Sosiologizm kimi estetçilik də qanlı Qərbi Avropa inqilablarının təsiri ilə yaranıb. Birinci termin bu inqilabçılara tərəfdar olanları, estetçilik isə bu inqilabların əleyhinə olan, onlardan qorxan varlı ədəbiyyat adamlarını nəzərdə tuturdu. Sənətdə ancaq gözəllik axtaranlar varlı siniflərin nümayəndələri, Burjua ziyalıları idilər. İnqilabları doğuran səbəblər onlar üçün, onların maddi durumu üçün maraqlı deyildi. Estetlər sənəti ali təbəqə üçün bar əyləncə hesab edir və onun sosial, idraki, tərbiyəvi və s. funksiyalarına laqeyd yanaşırlar. Çünki estetlərin çoxu yaxşı maddi təminatı olan, maraqlı və gözəl yaşamaq istəyən insanlardılar. Ona görə onlar sənəti öz ehtiyacları üçün uyğunlaşdırır və subyektivləşdirirdilər. Estetçiliyin nəzəriyyəçiləri sənət ətrafı adamlar olmuşdur.
Estetçiliyin mərkəzi Paris şəhəri sayılır. Avropanın və Amerikanın, indi isə bütün dünya ölkələrindən varlı ailələrdən çıxmış gənclər "həqiqi sənət mühitində" olmaq və təhsil almaq üçün bir necə il gəlib Parisdə yaşayır və özlərini ədəbiyyat və sənət aristokratiyasının içində hiss etmək istəyirlər.
Bu məqalə qaralama halındadır. |