Estoniya Xarici İşlər Nazirliyi (est. Eesti Välisminister) — Xarici işlər naziri Estoniya hökumətinin ən əhəmiyyətli dövlət qurumlarından biridir və Estoniya ilə xarici ölkələr arasındakı əlaqələrə görə məsuliyyət daşıyır.
Estoniya Xarici İşlər Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Estoniya |
Yurisdiksiya | Estoniya |
Yaradılma tarixi | 24 fevral 1918 |
Rəhbərlik | |
Nazir | Sven Mikser |
|
|
Rəsmi saytı | vm.ee |
Xarici İşlər Naziri ilə yanaşı, Xarici İşlər Nazirliyinin müxtəlif qurumlarının rəhbərliyinə kömək edən bir neçə nazir müavini vardır:
Baş katib - Matti Maasikas: diplomatik təhlükəsizlik, protokol və daxili audit idarələri kimi nazirliyin nazir müavinlərinin nəzarətini həyata keçirir və bu, Xarici İşlər Nazirliyində ikinci ən yüksək vəzifə hesab edilir.
Siyasi İşlər nazirinin müavini - Sven Yürqenson: Avropa İttifaqının hüdudlarından kənarda olan sahələr üzrə siyasətləri nəzərdən keçirir və Xarici İşlər Nazirliyinin mətbuat və informasiya şöbəsini idarə edir.
Xarici İqtisadi Siyasət Məsələləri üzrə nazir müavini - Mart Lanema: Xarici İşlər Nazirliyi nəzdində xarici ölkələrlə bağlı iqtisadi siyasətə nəzarət edir.
Avropa İttifaqı məsələləri üzrə nazir müavini - Kaya Tael: Avropa birliyinə daxil olan dövlətlərlə və Avropa birliyi ilə əlaqələrə dair siyasətə nəzarət edir.
Hüquqi və Konsulluq məsələləri üzrə nazir müavini - Aino Lepik von Viren: hüquqi və konsulluq şöbələrinə nəzarət edir.
İnzibati İşlər nazir müavini Mati Vayranman: Xarici İşlər Nazirliyinin işçilərinin gündəlik inzibati vəzifələrinə nəzarət edir.[1]