Estoniyada vergilər — Estoniya Respublikasının vergi sistemi.
Ölkədə qanun çərçivəsində vergi və gömrük sahəsində nəzarət, məcburetmə səlahiyyətlərini həyata keçirən dövlət orqanı Estoniya Vergi və Gömrük Şurasıdır. Bu Şura Estoniya Maliyyə Nazirliyinin tərkibinə daxildir. Dövlət gəlirlərinin idarə edilməsi, dövlətin vergi və gömrük siyasətinin həyata keçirilməsi və iqtisadi fəaliyyətin təşviq edilməsi Şuranın əsas funksiyalarıdır.
2012-ci ildə Şurada 1555 əməkdaş çalışmış, onun vasitəsi ilə dövlət büdcəsinə 6,1 milyard dollar həcmində vəsait toplanmışdır. Bu vəsait birbaşa vergilərdən 10,8%, dolayı vergilərdən 47,6%, sosial fondlardan 40,5% və 1,1% isə digərlərindən ibarət idi.
Digər Avropa İttifaqı ölkələrindən fərqli olaraq, Estoniyada qeyri-ənənəvi mənfəət vergi sistemi tətbiq olunur. Bu ölkədə mənfəət vergisi ilə bağlı ən mühüm cəhət budur ki, müəssisələr klassik şəkildə mənfəət vergisi ödəyicisi deyildir. Bunun əvəzinə müəssisələr mənfəətin bölüşdürülməsindən bölüşdürmə vergisi ödəyirlər. 2012-ci ildə bölüşdürmə vergisi bölüşdürülən xalis mənfəətdən 21/79 dərəcə – təxminən 26,6% ilə tutulur. Ümumi bölüşdürmə – bölüşdürmə üstəgəl bölüşdürmə vergisi məbləğindən isə 21% dərəcə ilə tutulurdu[1]. 2015-ci ildən bu vergi 20/80 və ya 20% dərəcə ilə tutulması qərara alınmışdır[2]. Digər tərəfdən, müəssisələr bölüşdürmə vergisindən başqa, ƏDV, topaq vergisi, aksizlər və sosial sığorta ödənişləri ödəyirlər.
Ölkə qanunvericiliyinə uyğun olaraq Estoniyada təsis edilmiş müəssisə rezident hesab olunur.
Estoniyada bölüşdürmə vergisinin ödəyiciləri aşağıdakı qurumlar hesab olunur:
Qeyd olunanlar rezident şəxslər olduqlarından qeyri-məhdud vergi öhdəliyi daşıyırlar. Qeyri-rezidentlərə münasibətdə isə yalnız Estoniya mənbəyindən olan gəlirlər üzrə vergi öhdəliyi yaranır. Qeyri-rezidentin daimi nümayəndəliyi rezident mənfəət vergisi ödəyiciləri kimi bölüşdürmə vergisinə cəlb olunur.
Rezident müəssisənin dünya üzrə əldə etdiyi gəlirlərin yalnız bölüşdürülən hissəsi bölüşdürmə vergisinə cəlb olunur. Müəssisə daxilində saxlanılan gəlir həmin vergiyə cəlb olunmur.
Bölüşdürmə vergisinə aşağıdakı gəlirlər qrupu cəlb olunur:
Qeyri-sahibkarlıq xərclərindən də bölüşdürmə vergisi tutulur. Bu cür xərclərə aşağıdakılar aiddir.
Estoniyada fiziki şəxslər milli səviyyədə gəlir vergisinin ödəyiciləridir[3]. Ümumilikdə ailəli cütlüklərdən hər birinin, eləcə də uşaqların gəlirləri ayrıca vergiyə cəlb olunur, lakin cütlüklər birgə bəyannamə təqdim edə bilərlər. Ortaqlıqlar ayrıca vergiyə cəlb olunan şəxslər hesab edilir[3].
Fiziki şəxslər vergi ilindən sonrakı təqvim ilinin 31 martınadək vergi bəyannaməsini təqdim etməlidirlər. Rezident evli cütlüklər birgə bəyannamə təqdim edə bilərlər, bu zaman məcmu gəlir cütlüklər arasında yarı bölünür[3].
Gəlir vergisi il ərzində ödəmə mənbəyində tutulur və ya cari ödənişlər şəklində toplanır. Fərdi sahibkarlar əvvəlki vergi ilindəki vergi öhdəliyinin 1/4-i şəklində cari ödəmələr etməlidirlər. Ödəmə mənbəyində tutulmuş və ya cari ödəmələr şəklində ödənilmiş məbləğlər yekun vergi öhdəliyində nəzərə alınır[3].
Yekun vergi öhdəliyi üzrə gəlir vergisi hesabat ilindən sonrakı təqvim ilinin 1 iyul tarixinədək ödənilməlidir. Sahibkarlıq gəlirləri və kapital artımından gəlirlər üzrə son tarix isə 1 oktyabrdır. Artıq ödəmələr qaytarılır[3].
Fiziki şəxslər aşağıdakı şərtlərə cavab verdikdə rezident hesab olunurlar[3]:
Fiziki şəxslər Estoniya rezidentliyi hallarının yaranması və ya bu halın dəyişməsi barədə məlumatı il ərzində vergi orqanına təqdim etməlidirlər. Rezident fiziki şəxslər dünya üzrə əldə etdikləri pul və ya pul dəyəri şəklində gəlirlərdən gəlir vergisi ödəyirlər[3].
Fiziki şəxslərin gəlirləri 3 növə bölünür[3]:
Sahibkarlıq və mülkiyyət üzrə xalis gəlirlər icazə verilən çıxılmalar nəzərə alınmaqla ayrıca hesablanır və adi gəlirlərlə cəmlənir. Fərdi güzəşt və çıxılmalar məcmu gəlirə tətbiq edilir[3].
Fərdi sahibkarlar müəssisələrdə olduğu kimi əlavə güzəştlərdən bölüşdürmə vergisi ödəyirlər[3].
Gəlir vergisinin vahid sabit dərəcəsi əvvəllər 21% olmuş, 2015-ci ildən isə 20%-dir. Kapital artımından gəlirlər üçün ayrıca dərəcə yoxdur və bu ümumi gəlirə aid edilməklə ümumi dərəcə ilə vergiyə cəlb olunur[3].
Vergidən azad olunan gəlirlərə aşağıdakılar aiddir[3]:
Estoniyada fərdi güzəşt və çıxılmalar fiziki şəxsin məcmu gəlirinə tətbiq edilir. Əgər fiziki şəxsin gəlirinin 75%-i xarici mənbədən əldə olunursa və onun bir hissəsi Estoniyada vergidən azaddırsa, fiziki şəxs yalnız Estoniya mənbəyindən əldə olunan və vergidən azad olmayan hissə üçün güzəşt tələb edə bilər[3].
Gəlirdən icazə verilən çıxılmalar bunlardır[3]:
Fərdi güzəştlər bunlardır[3]:
Avropa İttifaqı ölkələri arasında Estoniya qida məhsullarına dövriyyədən vahid vergi tətbiq edən az ölkələrdən biridir[4]. Vergi məbləği 20%-dir ki, bu da çox yüksəkdir[4]. Çünki digər Avropa İttifaqı ölkələrində qida məhsulları və alkoqolsuz içkilər ya güzəştli vergiyə cəlb edilir, ya da ümumiyyətlə vergidən azaddır[4].
Estoniyada vergi cinayətləri ilə Təhqiqat İdarəsi və Vergilər İdarəsi məşğul olur[5]. Həmçinin bu ölkədə vergi cinayətləri vergi orqanı ilə birlikdə daxili işlər orqanının birgə fəaliyyəti sayəsində araşdırılır[5].