Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fiziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Vergi ilindən sonra isə kiçik dəyişikliklər baş verə bilər. Bu dəyişikliklər dövlətə ya verginin ödəyiciyinə köçürmələr, kim ki kifayət qədər pul ödəməyib; ya da artıq pulun verginin ödəyiciyinə qaytarılması ola bilər. Vergi sistemlər tez-tez vergi qoyula bilən ümumi gəliri azaltdıran güzəştlərə malikdilər. Bu bir gəlir mənbəsində itkiləri digər gəlir mənbəsində vergi güzəştlər ilə əvəz edə bilər. Misal üçün fond birjasında itkilər maaşlar üzrə vergilərin azaldılması ilə əvəz oluna bilər.
Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Aylıq gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği | Verginin məbləği |
---|---|
2500 manatadək | 14 faiz |
2500 manatdan çox olduqda | 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Vergi muzdlu işə aid olmayan qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə dэ qoyulur, o cümlədən aşağıdakılara:
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutulan illik gəlirin məbləği | Verginin məbləği |
---|---|
30000 manatadək | 14 faiz |
30000 manatdan çox olduqda | 4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi |
"Azərbaycan Respublikasının Vergi Məcəlləsi" (PDF). 2012-cu il 21 dekabr tarixinə edilmiş əlavələr və dəyişikliklərlə.[ölü keçid]