Etgar Keret

Etqar Keret (ivr.אתגר קרת‏‎, d. 20 avqust 1967) — qısa hekayələri, qrafik novellaları və ssenariləri ilə məşhur olan İsrail yazıçısı.

Etqar Keret
Doğum tarixi (57 yaş)
Doğum yeri Ramat Qan, İsrail
Vətəndaşlığı İsrail İsrail
Milliyyəti Yəhudi
Həyat yoldaşı Şira Qefen
Uşağı 1 oğlu
Təhsili Tel-Əviv Universiteti
Fəaliyyəti Yazıçı
Fəaliyyət illəri 1990-h.h.
Əsərlərinin dili İvrit
Janrlar qısa hekayələr, novellalar, qrafik romanlar
İlk əsəri "Borular" (צינורות/ Tzinorot, 1992)
Mükafatları İncəsənət və Ədəbiyyat Ordeni (Ordre des Arts et des Lettres)
İmza
www.etgarkeret.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etqar Keret 1967-ci il 20 avqust İsrailin Ramat Qan şəhərində anadan olmuşdur. O Polyak əsilli Holokost soyqırımının sağ qalan qurbanlarının üçüncü övladıdır. Keret Ramat-Qanda Ohel Şem şəhər məktəbini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra Tel-Aviv universitetində yalnız xüsusi istedadlı abuturientlərin qəbul olduğu, həmçinin bakalavr və magistratura təhsilini başa vurulması mümkün olan bir sıra fənnlər üzrə hazırlanmış xüsusi proqrama daxil olmuş, beş il təhsil almasına baxmayaraq, təhsilini tamamlamamışdır. Hal-hazırda Neqevdə Ben Qurion adına universitetin ibri dili və ədəbiyyatı şöbəsində professor vəzifəsində çalışır. Məşhur İsrail aktrisası, ssenaristi və kinorejissoru, Şira Qefenlə ailəlidir və bir oğul övladı var. Tel-Əviv şəhərində yaşayır.

Ədəbi karyerası

[redaktə | mənbəni redaktə et]

İsrail yazıçısı Etqar Keret postmodernist yazarlar arasında İsraildə və dünyada olduqca məşhurdur. Qələmə aldığı absurd və ironiya dolu qısa hekayələri yazıçıya şöhrət gətirmişdir. Onun sadə və çevik dillə yazdığı zəngin məzmunlu yığcam hekayələri öz nəslinin yazarlarına dərin təsir göstərmiş və 1990-cı illərdə İsrail ədəbiyyatında qısa hekayələrə yeni nəfəs vermişdir. Keretin bədii ədəbiyyatla yanaşı teatr, kino, televiziya sahəsində də önəmli uğurları vardır.

Keretin yazı üslubu çox sadədir. Jarqon və vulqar ifadələrdən istifadə etdiyi üçün gündəlik danışıq dilinə olduqca yaxındır. Keret yaradıcılığının əsas janrı, yazılı ədəbiyyat və epik növün olduqca geniş yayılmış janrı olan hekayədir. Çox vaxt hekayələri sürrealist hekayələr olsa da inandırıcıdır və oxucunu daim maraq məcrasında saxlayır.

Keretin ilk nəşr olanan "Borular" (צינורות, Tzinorot, 1992) adlı qısa hekayələr toplusu ona yetərincə məşhurluq gətirməmişdir. Onun əlliyə yaxın qısa hekayədən ibarət olan ikinci kitabı "Kissincerə həsrətlə" (געגועיי לקיסינג'ר, Ga'agu'ai le-Kissinger, 1994) isə ictimaiyyətin böyük diqqətini çəkmiş və məhz bu kitabdan sonra yazıçı geniş oxucu auditoriyası qazanmışdır. Bu kitaba daxil olan və müasir İsrail cəmiyyətinin paradokslarından bəhs edən "Sirena" hekayəsi isə ali məktəbə qəbul imtahanı üzrə ədəbiyyat proqramına daxil edilmişdir. Yazıçının indiyə qədər ümumilikdə 5 qısa hekayələr toplusu, həmmüəllif olduğu 3 qrafik romanı, 1 avtobioqrafik kitabı və az yaşlılar üçün yazdığı 3 uşaq kitabı nəşr olunmuşdur. Keret ibri dilində yazır və kitablarının əksəriyyəti ingilis, rus, ispan, türk və digər dillər daxil olmaqla 40 dilə tərcümə olunmuşdur.

  1. "Borular" (צינורות/ Tzinorot, 1992) qısa hekayələr toplusu[1]
  2. "Kissincerə həsrətlə" (געגועיי לקיסינג'ר/ Ga'agu'ai le-Kissinger, 1994) qısa hekayələr toplusu
  3. "Həzz də almadıq" (לא באנו ליהנות/ Lo Banu leihanot, 1996) Rutu Modanla birgə yazdığı qrafik roman
  4. "Qəzəb küçələri" (סמטאות הזעם/ Simtaot Haza'am, 1997) Asaf Hanukayla birgə yazdığı qrafik roman
  5. "Knellerin düşərgəsi" (הקייטנה של קנלר/ Ha-Kaytana Shel Kneller, 1998) povest və qısa hekayələr toplusu. "Knellerin düşərgəsi" və digər hekayələrin daxil olduğu "Allah olmaq istəyən avtobus sürücüsü" adlı ingilis dilində nəşr olunan kitab İsrail ədəbiyyatında yeganə kitabdır ki, Fələstin Muxtariyyətində ərəb dilində nəşr edilmişdir. Keret öz müsahibəsində belə deyib: "Allah olmaq istəyən avtobus sürücüsü" adlı kitabım Fələstin Muxtariyyətində ərəbcə nəşr edilib. Oradakı naşirim demişdi ki, kitabların satışı yaxşıdır, hər gün sifariş verirlər, amma bilmirəm, bu sifarişlər sənin heyranlarındanmı gəlir, yoxsa “Həmas” terror qrupunun fəalları bu kitabları yandırmaq üçün alırlar."[2]
  6. "Mən oyam" (אניהו / Anihu, 2002) qısa hekayələr toplusu
  7. "Kamikadze Pizza evi" (פיצריה קמיקזה/ Pizzeria Kamikaza, 2004) Asaf Hanukayla birgə yazdığı qrafik roman
  8. "Qəfil tıqqıltı" (פתאום דפיקה בדלת/ Pitʹom Dfika Ba-Delet, 2010) qısa hekayələr toplusu
  9. "Yeddi yaxşı il" (שבע השנים הטובות/ Sheva Ha-Shanim Ha-Tovot, 2015) avtobioqrafik esseler toplusu. Bu, yazıçının yeganə qeyri-bədii kitabıdır. Kitabın ingilis dilinə olunan tərcüməsi Bu günkü Dünya Ədəbiyyatının “Tanınmış 75 Tərcümə” siyahısında ən yaxşı tərcümə edilmiş kitabı seçilmişdir, həmçinin NPR’s Book Concierge tərəfindən hazırlanan 2015-ci il üçün ən oxunaqlı kitabların siyahısında yer almışdır.

Uşaqlar üçün yazdığı kitablar

[redaktə | mənbəni redaktə et]

‘Sirklə qaçan ata’ (אבא בורח עם הקרקס/ Aba Boreʹach Im Ha-Kirkas, 2000)

Həyat yoldaşı, Şira Qeffenlə birlikdə yazdığı ‘Aysız gecə’ (לילה בלי ירח/ Layla Bli Yareʹach? 2006)

‘Uzun saçlı -mavri adam’ (גור חתול אדם ארוך שיער / Gur Chatul-Adam Aroch Seʹar, 2013)

Şəkilli hekayələr kitabı ‘Donuz pul qabı’( לשבור את החזיר/ Lishbor Et Ha-Chazir, 2015)

Aldığı mükafatlar

[redaktə | mənbəni redaktə et]

Keretin yaradıcılığı nüfuzlu mükafatlarla dəyərləndirilmişdir. O ədəbiyyat üzrə Baş Nazir mükafatına, həmçinin Mədəniyyət Nazirlyinin kino mükafatına layiq görülmüşdür. 1993-cü ildə Yonatan Bar Giora ilə birlikdə yazdığı musiqili komediyası isə Akko şəhərində keçirilən Alternatov Teatr Festivalında birinci yeri tutmuşdur. Ran Tal ilə birgə yazdığı və ekranlaşdırdığı qısa metrajlı Malka Lev Adom (Qırmızı ürək Şahzadə, 1996) filmi İsrail Film Akademiyası mükafatını almışdır və Münix şəhərində keçirilən Kino məktəblərinin Beynəlxalq Kino Festivalında birinciliyi qazanmışdır. 2006-cı ildə yazıçı nüfuzlu İsrail Mədəniyyət Fondu tərəfindən fondun görkəmli sənətkarı seçilmişdir. Həyat yoldaşı ilə birgə çəkdiyi Meduza adlı filmə görə 2007-ci ildə Camera d'Or mükafatını və 2008-ci ildə Kissincerə həsrətlə adlı filmə görə JQ Wingate mükafatını qazanmışdı. 2010-cu ildə Etqar Beynəlxalq Ədəbiyyat Mükafatı olan Neyştadt tədbirində münsif heyəti olmuşdur. Həmin ildə yazıçı həmçinin Fransada İncəsənət və Ədəbiyyat Orderinə (Ordre des Arts et des Lettres) layiq görülmüşdür

Bu qeyri-adi tikili 2012-ci ildə memarlıq firması Centralanın xüsusi sifarişi əsasında  memar Jakub Szczesny tərəfindən inşa edilmişdir. Dəmir strukturlu tikilyə tanınmış israil yazıçı və rejissoru Etqar Keretin adı verilmişdir. Keret bu tikilinin ilk icarəçisidir və o buradan köçdükdən sonra evin icarəsini həmkarına vermək niyyətindədir. Keret Evinin eni 0,94 metr, ümumi sahəsi isə 46 kvadrat metrdir. İş, yataq, qonaq otaqları, kiçik mətbəx və çox kiçik ayaqyolundan ibarət olan ikimərtəbəli evdə bir mərtəbədən o birinə keçmək üçün çox dar pilləkəndən istifadə edilir. Keret evinin tikilişi Varşava şəhər bələdiyyəsi və Polşa Müasir İncəsənət Fondu tərəfindən dəstəklənib. Tikili yaşayış yeri kimi istifadə olunmasına baxmayaraq Polşa tikililəri standartlarına cavab vermədiyindən 'incəsənət quraşdırılması' kimi təsnif edilir. Dünyanın ən dar ev kimi tanınan Keret Evi Varşavada 22 Chłodna və 74 Żelazna küçələrində yerləşən və ikinci dünya müharibəsindən öncə mövcud olan iki binanın arasında inşa edilib. Yazıçı bu evdə qalmağını  "ailəsinə xatirə" kimi qiymtləndirmiş[3] dir, çünki Nazi Almaniyası Polşanın işğalı zamanı Keretin valideynlərinin ailələri 2-ci Dünya Müharibəsində həlak olmuşdur.

  1. "Arxivlənmiş surət". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  2. "Arxivlənmiş surət". 2016-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.
  3. "Arxivlənmiş surət". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-06.

http://www.etgarkeret.com/