Etibar Elçiyev

Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu.

Etibar Elçiyev
Doğum tarixi 10 may 1972(1972-05-10) (52 yaş)
Doğum yeri

Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır.[1]

Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir.[2][3] Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi.[4]

Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.[5]

  1. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi - Azərbaycanlıların rekordları". 2015-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
  2. "Reuters - Magnetic man's body attracts 50 spoons". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
  3. "The Telegraph - 'Magnetic' Georgian man sticks 50 spoons to his body". 2012-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
  4. "Sabah gazetesi - Mıknatıs Adam rekor kırdı". 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-03.
  5. Ihlas News Agency - world record of "Magnetic" man of Georgia[ölü keçid]