Etibar Hüseynov

Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış[1] deputatı.[2]

Etibar Hüseynov
Doğum tarixi (56 yaş)
Doğum yeri Bakı şəhəri
Milliyyəti azərbaycanlı
İxtisası Mülki-sənaye tikintisi, Mexanika-Riyaziyyat
Təhsili AZMIU, BDU
Fəaliyyəti Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı.

Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur.[2]

Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb.[2]

  • 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
  • 1994-cü ildə AzTV Gənclik redaksiyasının dəvəti ilə "Üç nöqtə" tok-şousuna aparıcı kimi dəvət olunub. O vaxt dərc olunan Ekran-Efir və "Panorama" qəzetlərinin keçirdikləri sorğuya əsasən 94–95-ci illərdə efirdə ən çox baxılan proqram olub.
  • 1997-ci ildə müstəqil "Virtuose" teleşirkətinə Baş redaktor təyin olunub.
  • 1998-ci ildə Rusiyanın HTB kanalınin Bakı bürosunun rəhbəri olub.
  • 2002-ci ildə "Lider TV"-də işləyib. Burada "Həqiqiyə doğru", "Xüsusi Təynatlı müxbir" proqramların müəllifi və prodüseri olur. Müəllifi və aparıcısı olduğu "Sitatın sonu" proqramı keçirilən sorğulara əsasən 2003–2007-ci illər ərzində Azərbaycan televiziya məkanında ən çox baxılan veriliş olub. "Sitatın sonu" 2010–2015-ci illərdə ATV kanalında, 2019-cu ildən isə ARB kanalında yayımlanır. 18 ilə yaxın müddətdə "Sitatın sonu"nun 1000-dən artıq buraxılışı efirə gedib. Bu qədər müddət və sayla Azərbaycan efirindı bu rekord sayıla bilər.
  • 2005-ci ildə ilk deputatlığa namizədliyini Şəmkir rayonundan versə də uğur qazana bilmir.
  • 2010-cu ildə isə Bakının Yasamal rayonundan namizədliyini irəli sürür və müxalifət lideri İsa Qəmbər olmaqla 8 nəfər rəqibi üzərində inamlı qələbə qazanır. Deputat olduğu 2010–2015-ci illərdə bir sıra təkliflərlə yadda qalır.
  • 2012-ci ildə keşmiş SSRİ prezidenti Mixail Qorbaçova qarşı başladığı "Nobelsiz Qarbaçov" hərəkatı böyük rezonansa səbəb olur və aparıcı dünya mətbuatı orqanları tərəfindən geniş şəkildə işıqlandırılır.[2]

Ailəlidir. İki övladı, üç nəvəsi var.[2]

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-ci il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2019-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-24.