«Etiraf» (fr. Elles) — Polşalı rejissor Malojata Şumovskanın 2011-ci ildə çəkilmiş filmi. Film Elle jurnalında işləyən və qadın fahişəliyindən yazan jurnalist qadın Annadan (Jülyet Binoş) bəhs edir. Baxmayaraq ki, gənc qızlar reklamda maraqlı deyillər, Anna iki tələbəni intervyu verməyə sövq edə bilir: onlardan biri Alisiya (Coanna Kuliq) — ambissiyalı iqtisadiyyat fakültəsində təhsil alan qızdı. O anadan olduğu Polşanı tərk edərək, Fransaya təhsil almağa gəlmişdi. Digəri isə Şarlottadır (Anais Demustye). O əyalətdən uzaqlaşmaq üçün Parisə gəlmişdi.
Etiraf Elles | |
---|---|
fr. Elles | |
Janr |
Dram filmi erotik film |
Rejissor | Malqojata Şumovska |
Baş rollarda |
Jülyet Binoş Anais Demüstye |
Operator | Mixail Enqlert |
Bəstəkar | Pavel Mıketın |
Rəssamlar |
Polin Burdon Katajina Levinska |
Distribütor | Netflix |
İlk baxış tarixi | 9 sentyabr 2011, 29 mart 2012[1], 1 mart 2012[2] |
Filmin növü |
Bədii film [18+] |
Müddət | 99 dəq. |
Büdcə | 40 mln $ |
Ölkələr |
Fransa Polşa Almaniya |
Dillər |
Fransızca Polyakca |
İl | 9 sentyabr 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | Köln |
IMDb | ID1549589 |
Malqojata Şumovskanın "Etiraf" erotik drama filmi əsl fransız üslubunda nəinki hələ qədim zamanlardan bəri mövcud olmuş satılmış sevgi problemini, həmçinin kişilərin öz həyat yoldaşlarına xəyanətini bütün açıq-saçıqlıqla nümayiş etdirilmişdi. Filmdə əsasən musiqi səslənilmir, yalnız bəzən situasiyanın psixologizmini gücləndirmək üçün klassik melodiyalar aşağı səslə verilir. Filmin yaş məhdudiyyəti 18+, bu da filmdə açıq səhnələrin çox olması ilə anlanmaq olar.
Anna gənc və lazımi qədər uğurlu və istedadlı jurnalistdir. O Elle jurnalında işləyir. Hər yeni iş günü onun üçün çoxlu sayda yeni tanışlıq, yeni emosiya və hisslər deməkdir. Tezliklə o olduqca maraqlı bir şeylə rastlaşır. Universitetin pullu fakültələrində təhsil alan gənc qızlar təhsil pulunu ödəmək məqsədi ilə çox qeyri-adi bir fəaliyyət növü ilə məşğuldurlar. Onlar fahişəlik edirlər və bu yolla çox böyük miqdarda pul qazanırlar. Anna bu gənc qızların həyatı ilə maraqlanır və az keçmədən o hiss edir ki, onun dünyaya olan baxışları tamamilə səhvdir. O artıq başqa cür, həyatın anlamını dərk etməyə başlayır, onun dəyərləri sürətlə dəyişməyə başlayır, o artıq öz ailəsinə, seksə və işinə başqa cür yanaşır.
Film ilk dəfə 2011-ci ildə Beynəlxalq Toronto Kino festivalında,[3] Fransa kinoteatrlarında isə 1 fevral 2012-ci ildə nümayiş etdirilmişdi.[4]
Aktyor | Rol |
---|---|
Jülyet Binoş | Anne |
Anais Demustye | Charlotte |
Coanna Kuliq | Alicja |
Krystyna Janda | Anne'ın anası |
Andrzej Chyra | sadist klient |
Jean-Marie Binoche | Anne'ın atası |