Etnopsixologiya

Etnopsixologiya xalqların psixoloji və mədəni inkişaf xüsusiyyətlərini qarşılıqlı əlaqədə, sistemli şəkildə öyrənən elm sahəsi. Bəzi alimlər "xalqların psixologiyası", "psixoloji antropologiya", "müqayisəli mədəni psixologiya" və s. terminlədən istifadə etmişlər. Bu elm bir sıra digər elmlərlə bağlıdır. Bura sosiologiya, linqvistika, biologiya, ekologiya, tarix və sairəni aid etmək olar.

Etnopsixoloji tarix

[redaktə | mənbəni redaktə et]
Etnoslar

İlk etnopsixoloji fikirlərə hələ eramızdan əvvəl Herodot, Hippokrat və digər alimlərin əsərlərində rast gəlmək mümkündür. Antik yunan həkimi və tibbi coğrafiyanın yaradıcısı hippokrat ətraf mühitin insanlarınpsixoloji xüsusiyyətlərinin formalaşmasına təsiri iə bağlı fikirlər söyləmişdir. Onun fikrincə, xalqla arasındakı fərqlər, o cümlədən davranış və vərdişlər təbiət və iqlim şəraitinin müxtəlifliyi nəticəsində meydana çıxır. Herodot isə müxtəlif xalqların xarakteri və həyat yərzi ilə maraqlanmış, müxtəlifliyin səbəbini təbii mühitdə axtarmışdır.

Xalqların psixoloji müşahidələrin predmetinə çevrilməsi isə XVIII əsrdən başlamışdır. Burada da xalqlar arasındakı müxtəlifliyin başlıca amili kimi mühit və iqlim şəraiti götürülmüşdür XVIII əsr fransız maarifçiləri "Xalq ruhu" termini işlətmişlər. Fransız filosofu Şarl Lui Monteskyö (1689–1755) hesab edirdi ki, insanı çox şey, iqlim şəraiti, din, qanunlar, idarəetmə prinsipləri, adət-ənənələr idarə edir və nəticədə xalqın ümumi ruhu yaranır. O da çoxsaylı amillər içərisindən iqlim şəraitinin təsirini birinci yerə qoyur. Məsələn, onun fikrincə, isti iqlim şəraitində yaşayan xalqlar bir qayda olaraq tənbəl, ətalətli, güclü təxəyyülə malik olmayan və qorxaq insanlardır. Şimal xalqları isə cəsur və az hissiyyatlı olur, həzz almağa çox meyil etmirlər.

XVIII əsrin alman filosofu İ. Q. Herder (1744–1803) xalq ruhu anlayışına musiqini, dili və s. daxil edirdi. Herderə görə, xalqın ruhunu başa düşmək üçün onun işini, dilini, eləcə də həyat tərzini öyrənmək lazımdır. İlk yerə isə xalq yaradıcılığını qoyurdu.

Etnopsixologiyanın vəzifələri

[redaktə | mənbəni redaktə et]

Bir sıra elmlərin , xüsusilə etnoqrafiya, psixologiya və dilçiliyin inkişafı XIX əsrin ortalaında müstəqil bir elm sahəsinin- etnopsixologyanın yaranmasına səbəb olduş onun yaradıcısı isə alman alimləri M. Latsarus (1824–1903) və X. Şteyntal (1823–1899) oldular. Onlar 1859-cu ildə "Xalqların psixologiyası və dilçilik" jurnalının nəşrinə başladılar. Jurnalın ilk nömrəsində onların "Xalq psixologiyası haqqında düşüncələr"adlı məqaləsi çap olundu. Elmi etnopsixologiyanın yaranması tarixi də bu vaxtdan götürülür. Onlar etnopsixologiyanın vəzifələrinə aşağıdakıları aid edirlər:

  1. Xalq ruhunun psixoloji mahiyyətinin dərk olunması;
  2. Xalqın psixoloji xüsusiyyətlərinin onların həyat tərzində, incəsənət və elmində öz əksini necə tapmasının müəyyənləşdirilməsi;
  3. Hər hansı bir xalqın inkişafı və yaməhf olmasının etnopsixoloji səbəblərinin öyrənilməsi;

Bu vəzifələrin qarşıya qoyulması göstəriri ki, Latsarus və Şteyntal xalqların psixologiyasına onlaın dili, dini, elmi, mədəniyyəti kontekstindən yanaşmışlar.