Etnoqrafiya — xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, məişətinə, istək və arzularına daha çox bələd olan elm. Etnoqrafiya yunan sözü olub, "etnos" xalq, "qrafis" isə təsvir etmək deməkdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
Xalqın məişəti ilə yanaşı, etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi olan tarixi etnoqrafiya məşğul olur.
Rus alimlərindən S. P. Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y. V. Bromley və S. A. Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar:
"Etnoqrafiya – əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir".
1968-ci ildə nəşr olunan "Etnoqrafiyanın əsasları" adlanan kitabında S. Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: "Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir". Y. V. Bromley isə 1973-cü ildə nəşr edilən "Etnos və etnoqrafiya" əsərində, habelə 1981-ci ildə çap olunan "Etnoqrafiyanın müasir problemləri" adlanan kitabında etnoqrafiyanı "etnik birliklər haqqında elm" adlandırır.
S. Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R. İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir: "Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir". İngilis etnoqrafı Toms etnoqrafiyanın folklor (ingiliscə folk-xalq, lar-bilik) adlandırmağı təklif edirdi.
Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqiqat obuekti bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan "etnos" etimoloji cəhətdən "xalq", "qəbilə", "insan qrupu" anlayışlarına uyğun gəlir. Y. Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirmək üçün qeyri-yunanları "etnos" adlandırmışlar.
İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir. Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist J. Russonun "Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə" (1755) və "İctimai saziş və ya siyasi hüquqların prinsipləri" (1762), ingilis iqtisadçısı A. Smitin "Xalqların təbiəti və sərvət toplamaq səbəbləri" (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S. Dejnyov və V. Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675–1677-ci illərdə Çində olmuş səfiri A. Spafarinin "Çin dövlətinin təsviri" və "Amurun təsviri", Q. Novitskinin "Ostyak xalqları haqqında qısa təsvir" (1715), rus səyyahı S. Kraşeninikovun 1737–1741-ci ildə yazdığı, "Kamçatka torpağının təsviri", M. Lomonosovun "Rusiyanın qədim tarixi" və "Şəcərənin qısa səlnaməsi" əsərlərinin də xüsusi yeri vardır.
M. Lomonosov, Lepjoxin, P. Pallas və S. Qmelinin ekspedisiyalarının materialları əsasında 1776–1788-ci illərdə "Rusiya dövlətində yaşayan xalqların təsviri" adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S. Denitski "Ailənin və xüsusi mülkiyyətin mənşəyi" (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A. N. Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII–XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60–70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ. Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi "Etnoqrafik məcmuə", 1791-ci il Nürenburq şəhərində dərc olunan "Etnoqrafik albom", 1820-ci il macar "Etnoqrafiya" albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin "Etnoqrafik atlas"ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris "Etnologiya cəmiyyəti"nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyu-Yorkda "Amerika etnologiyacəmiyyəti" fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə "Etnologiya cəmiyyəti", 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya "Antropologiya və etnologiya cəmiyyəti", 1845-ci ildə isə "Rus coğrafi cəmiyyəti" nəzdində "Etnoqrafiya" bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B. Boqoroz, V. İexelson, S. Şternberq, N. Mikluxo-Maklay və D. Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N. Mikluxo-Maklayın rolu böyükdür. M. Kovalevski, Y. Petri, S. Şternberq, F. Kol, N. Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə "Rus coğrafiya cəmiyyəti"nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski "KORQO", 1872-ci ildə isə Izvestiya "KORQO" jurnallarının nəşrinə başlanılmışdır.
L. M. Morqanın "Qədim cəmiyyət" (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K. Marks və F. Engelsin əsərlərinin xüsusi rolu vardır. F. Engelsin "Kapitalizməqədərki istehsal formaları" məqaləsi (1883) və K. Marksın "Kapital" (1867) əsərində "Ovçu xalqlar", "Vəhşilər" haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F. Engelsin 1878-ci ildə yazdığı "Anti Durinq" əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır.
"Alman ideologiyası" (1883) əsərində K. Marks və F. Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur.
F.Engelsin "Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi" (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu "Meymunun insana çevrilməsində əməyin rolu" adlı əsərinin isə antropogenez problemində yeri böyükdür.
K.Marks və F.Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur.
Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80–90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə "Folklor" (1890) və "Mən" (1901), Almaniyada "Etnoqrafiya" (1909), Avstiya-Macarıstanda "Antropos" (1906), Amerikada "Beynəlxalq Etnoqrafiya arxivi" (1888) "Amerika antropologiyası" (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60–70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897–1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880-ci ildə Amazonkanın cənub hissəsində — Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin "İlkin ailə, onun təşəkkülü və inkişafı" (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862–1939) "İnsani nikahın tarixi" (1891), Henri Kunun (1862–1936) "Avstraliya zəncilərinin qohumluq ittifaqları" (1894) və "Nikah və ailənin başlanğıcı (1912–1913)" adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun "Ailənin və təsərrüfatın formaları" (1896) mövzusunda kitabı çap olundu.
Alman etnoqrafı Henri Şursun "İnkişaf edən siniflər və kişi ittifaqları" əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə "Dinin parçalanması" (1898) əsərində preanimizmi əsaslandırdı.
Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən elmdir. Etnoqrafiya antropologiya, arxeologiya, dilçilik, folklorşünaslıq, coğrafiya və digər elmlərlə əlaqəlidir. İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir.
Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist Jan Jak Russonun "Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə" (1755) və "İctimai saziş və ya siyasi hüquqların prinsipləri" (1762), ingilis iqtisadçısı Adam Smitin "Xalqların təbiəti və sərvət toplamaq səbəbləri" (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S. Dejnyov və V. Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675–1677-ci illərdə Çində olmuş səfiri A. Spafarinin "Çin dövlətinin təsviri" və "Amurun təsviri", Q. Novitskinin "Ostyak xalqları haqqında qısa təsvir" (1715), rus səyyahı S. Kraşeninikovun 1737–1741-ci ildə yazdığı, "Kamçatka torpağının təsviri", Mixail Lomonosovun "Rusiyanın qədim tarixi" və "Şəcərənin qısa səlnaməsi" əsərlərinin də xüsusi yeri vardır.
M. Lomonosov, Lepjoxin, P. Pallas və S. Qmelinin ekspedisiyalarının materialları əsasında 1776–1788-ci illərdə "Rusiya dövlətində yaşayan xalqların təsviri" adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S. Denitski "Ailənin və xüsusi mülkiyyətin mənşəyi" (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A. N. Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII–XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60–70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ. Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi "Etnoqrafik məcmuə", 1791-ci il Nürenburq şəhərində dərc olunan "Etnoqrafik albom", 1820-ci il macar "Etnoqrafiya" albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin "Etnoqrafik atlas"ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris "Etnologiya cəmiyyəti"nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyuyorkda "Amerika etnologiya cəmiyyəti" fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə "Etnologiya cəmiyyəti", 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya "Antropologiya və etnologiya cəmiyyəti", 1845-ci ildə isə "Rus coğrafi cəmiyyəti" nəzdində "Etnoqrafiya" bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B. Boqoroz, V. İexelson, S. Şternberq, N. Mikluxo-Maklay və D. Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N. Mikluxo-Maklayın rolu böyükdür. M. Kovalevski, Y. Petri, S. Şternberq, F. Kol, N. Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə "Rus coğrafiya cəmiyyəti"nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski "KORQO", 1872-ci ildə isə Izvestiya "KORQO" jurnallarının nəşrinə başlanılmışdır.
Azərbaycanda isə etnoqrafik məlumatlar XIX əsrdən etibarən elmi şəkildə toplanılmağa başlanılmışdır. Lakin etnoqrafik biliklərin əldə edilməsinin başlanqıcı qədim və orta əsrlər dövrünə aiddir. H. A. Həvilov "Azərbaycan etnoqrafiyası" kitabında qeyd edir ki, hələ antik müəlliflərin-Strabon, Böyük Plini, Klavdi Elianın əsərlərində Azərbaycan ərazisində yaşayan tayfalar, onların təsərrüfat məşğuliyyəti. Maddi və mənəvi mədəniyyəti haqqında məlumatlara rast gəlinir. Orta əsrlər dövründə xalqımızın böyük mütəfəkkir oğulları tərəfindən yaradılan ədəbi-bədii əsərlərdə, qəhrəmanlıq və məhəbbət dastanlarında Azərbaycan xalqının etnoqrafiyasına dair müfəssəl məlumatlar vardır. Azərbaycanda olmuş bir çox Yaxın Şərq və Avropa ölkələri səyyahları, habelə rus müəllifləri yerli əhalinin həyat tərzi ilə yaxından tanış olaraq, onların təsərrüfatı, maddi və mənəvi mədəniyyəti, adətənənələri, ailə-nikah münasibətləri barədə maraqlı materiallar toplamışdılar.
L. M. Morqanın "Qədim cəmiyyət" (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K. Marks və F. Engelsin əsərlərinin xüsusi rolu vardır. F. Engelsin "Kapitalizməqədərki istehsal formaları" məqaləsi (1883) və K. Marksın "Kapital" (1867) əsərində "Ovçu xalqlar", "Vəhşilər" haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F. Engelsin 1878-ci ildə yazdığı "Anti Durinq" əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır. "Alman ideologiyası" (1883) əsərində K. Marks və F. Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur. F. Engelsin "Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi" (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu "Meymunun insana çevrilməsində əməyin rolu" adlı əsərinin isə antropogenez problemində yeri böyükdür. K. Marks və F. Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur. Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80–90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə "Folklor" (1890) və "Mən" (1901), Almaniyada "Etnoqrafiya" (1909), Avstiya-Macarıstanda "Antropos" (1906), Amerikada "Beynəlxalq Etnoqrafiya arxivi" (1888) "Amerika antropologiyası" (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60–70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897–1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880-ci ildə Amazonkanın cənub hissəsində — Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin "İlkin ailə, onun təşəkkülü və inkişafı" (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862–1939) "İnsani nikahın tarixi" (1891), Henri Kunun (1862–1936) "Avstraliya zəncilərinin qohumluq ittifaqları" (1894) və "Nikah və ailənin başlanğıcı (1912–1913)" adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun "Ailənin və təsərrüfatın formaları" (1896) mövzusunda kitabı çap olundu. Alman etnoqrafı Henri Şursun "İnkişaf edən siniflər və kişi ittifaqları" əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə "Dinin parçalanması" (1898) əsərində preanimizmi əsaslandırdı.
Feminist etnoqrafiya – sosial antropologiya və sosiologiya üzrə empirik tədqiqatlar praktikasıdır. Feminist etnoqrafiya ənənəvi etnoqrafiyadan fərqli olaraq, yad cəmiyyətə daxil olmaq işlərinin nəticələrinin ifadəsini təsvir etmək üsullardan istifadə etmək, uzunmüddətli iştiraklı müşahidələr aparmaqla yanaşı, həm də alimlərin antidiskriminasiyon meyilli işlərini də nəzərdə tutur. Feminist etnoqrafiya çox vaxt sosial məlumatların toplanmasına və analizinin pozitivist sxemlərinə əsaslanmış elmi analizdə təkrarlanan sosial, o cümlədən gender və irsi bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənib. Genderə etnoqrafik mətnlərin təhlili kateqoriyası kimi maraq ilk dəfə XIX əsrin əvvələrində yaranıb. Bu dövrə F. Raytın 1821-ci ildə nəşr olunmuş "Bü ölkədən İngiltərədəki dostlara göndərilmiş məktublarda Amerika cəmiyyətinə və adətlərinə baxış (1818, 1819, 1920-ci illər)" əsəri və Amerika cəmiyyətinin X. Martinin "Amerika cəmiyyəti" (1837) əsərində həyata keçirilmiş, etnoqrafik dəlillərə əsaslanmış feminist analizi aid edilir. XIX-cu əsrin 80-ci illərində Siu hindli tayfasına yalnız baş çəkməklə qalmamış, həm də kifayət qədər uzun zaman onların arasında və onların adətləri üzrə yaşamış antropoloq A. Fletçerin işləri geniş məşhurluq qazandı. Bundan əvvəl antropoloqlar heç zaman "başqa" mədəni mühitdə uzun müddət yaşamamışdılar və bu cür tədqiqatlar XX əsrdə sosial elmlərin inkişafında dönüş nöqtəsi oldu. Amerikanın kiçik Middltaun şəhərinin 1924-cü ildə nəşr olunmuş məşhur etnoqrafik tədqiqatlarında gender aspektinin kifayət qədər geniş təqdimi ilə ilk genişmiqyaslı etnoqrafik layihənin əsası qoyuldu. Britaniyada feminist etnoqrafiya XX əsrin 50-ci illərində Mançester layihəsinin tətbiqi ilə inkişaf etdi. Feminist etnoqrafiyadan danışarkən, Ş. Reynxarts tədqiqat məqsədlərinə görə fərqlənən üç istiqaməti ayırır:
Qadınların həyat və fəaliyyətlərinin sənədlərlə əsaslandırılması ənənəvi oppozisiya kimi və feminist sosioloqların fikrincə əksər hallarda androsentrik meyilli sosial tədqiqatlarına qarşı oppozisiya kimi meydana çıxır. Məsələn, belə tədqiqatlar yoxsul qaradərili qadınlara və irlandiyalı yaşlı işçilərə münasibətlərin təhlilində həyata keçirilib. Tədqiq olunan qrupların həyatını özləri üçün daha "real" etmək məqsədilə tədqiqatçılar dərin müşahidə praktikasını onların gündəlik həyatında intensiv iştirakla birləşdirdilər. Qadınların, öz maraqları baxımından özlərinin dərk edilməsi qadın fəaliyyətinin və düşüncə tərzinin bəsit olması haqqında (kişilərin qadınlar barədə adi düşüncələri) qeyri-feminist müşahidənin əsas qüsurunu korreksiya edir. Qadınların sosial konteksdə dərk olunması kimi məlum olan üçüncü istiqamətdə feminist etnoqraflar qadın davranışını sosial kontekstdə nəzərdən keçirməyə cəhd göstərirlər və bu kontekstə anatomiya, mədəniyyət və sinif anlayışlarından ayrılıqda baxılmasından ehtiyat edirlər. Feminist etnoqrafiyanın, əsasən, qadınların öyrənilməsi işinə yönəldilməsinə baxmayaraq, genderin insan davranışına təsirinin düzgün başa düşülməsi üçün hər iki cins ilə bağlı tədqiqatlar da aparılır. Məsələn, N. Çarlz və M. Kerr iki valideynli ailələrdə istehlak quruluşlarındakı fərqləri müəyyən ediblər. Bundan başqa, müasir etnoqrafiyada məskulinliyin müxtəlif aspektlərinin öyrənilməsi istiqamətində də tədqiqatlar aparılır. "İştiraklı müşahidə" etnoqrafiyanın əsas metodudur. İstənilən halda iştiraklı müşahidənin strategiyasını müəyyən edən mühakimələr bir çox cəhətdən etnoqrafik tədqiqatların gedişatını müəyyən edir. A. Hohişldin fikrincə, qadınlar tərəfindən həyata keçirilmiş etnoqrafik müşahidələr (onların feminist olub-olmamalarından asılı olmayaraq) mahiyyətinə ğörə kişilərin yaratdığı etnoqrafiyadan fərqlənir. Etnoqrafik məlumatların təhlilini aparmaq üçün çoxlu sayda analiz vasitələri mövcuddur. Bu vasitələr "çöl" materiallarının müxtəlif formalarını və onlarla iş strategiyalarını nəzərdə tutur. Bu, qadın dilinin analizi, mətnlərlə, o cümlədən, tərcümeyi-hal və bədii mətnlər kimi spesifik olanlarla iş ola bilər. Bir çox feminist etnoqraflar feminist nəzəriyyəni zənginləşdirir, digərləri isə, müəyyən nəzəri yanaşmaları yoxlamağa və ya tətbiq etməyə cəhd göstərirlər.
Etnoqrafik terminlər başlıca olaraq ictimai quruluşu, ailə-nikah münasibətlərini, maddi və mənəvi mədəniyyəti hər tərəfli əhatə edir. Bəzi terminlər isə ümumi, elmi əhəmiyyət kəsb edir.
Ümumi terminlər
Etnoqraf tədqiqatçılar bir çox elm sahələrindən- tarix, fəlsəfə, coğrafiya, linqvistika, antropologiya, arxeologiya və s. ixtisas sahələrindən çoxlu terminlər mənimsəyib istifadə edirlər.
İctimai həyat terminləri
Ailə-nikah terminləri