Etolin adası

Etolin adası (ing. Etolin Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adası (qərb) və Vrangel adası (şimal-şərq) arasında yerləşir. Uzunluğu təxminən 48 km, eni isə 35 km-dir. Adanın sahəsi 878,1 km²-dir. Bu göstərici onu ABŞ-də 24-cü ən böyük ada edir. 2000-ci il siyahıyaalınmasına görə əhalinin sayı cəmi 15 nəfərdir.

Etolin adası
ing. Etolin Island
Ümumi məlumatlar
Sahəsi 878,1 km²
Uzunluğu
  • 48.280,32 m
Eni 35.405,568 m
Hündür nöqtəsi 822 m
Əhalisi 15 nəfər (2000-ci il)
Yerləşməsi
56°05′52″ şm. e. 132°21′37″ q. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
Etolin adası xəritədə
Etolin adası
Etolin adası
Etolin adası xəritədə
Etolin adası
Etolin adası

Adanın xəritəsi ilk dəfə 1791–1795-ci illərdə Vankuver ekspedisiyası zamanı, 1793-cü ildə Ceyms Constoun tərəfindən çəkilib. O, yalnız cənub-qərb və şərq sahillərinin xəritəsini çəkir, buranın ada olduğunu heç vaxt öyrənmək ona qismət olmur[1]. Əvvəlcə ada York Hersoqu olaraq adlandırılmışdır, lakin Alyaska satıldıqdan sonra ABŞ səlahiyyətliləri tərəfindən Etolin adlandırılmışdır[2]. Ada yeni adını 1840–1845-ci illərdə Rusiya Amerikasının qubernatoru Adolf Etolinin şərəfinə almışdır.

Adanın bütün ərazisi Tonqass Milli Meşəsinin bir hissəsidir.

Braunson adası Etolin adasının cənub-şərq sahillərində yerləşir, adalar ensiz Kanoe boğazı ilə ayrılır.

  1. Vancouver, George, and John Vancouver. A voyage of discovery to the North Pacific ocean, and round the world. — London: J. Stockdale, 1801.
  2. "Statement of facts regarding the Alaska boundary question, p.1383". 2011-05-27 tarixində arxivləşdirilib., Alexander Begg, Report to the Attorney-General of British Columbia, 1902.